• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Teymur Rəcəbov reytinq siyahısında irəliləyib

Teymur Rəcəbov reytinq siyahısında irəliləyib
02.03.2015 11:35
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart üçün açıqlanan "Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.

Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Həmyerlimiz ötən ayda olduğu kimi, yenə 13-cü yerdədi. Onun aktivində 2759 reytinq xalı var.

Gürcüstanda keçirilən Qran-pri turnirində 3-cü yeri tutan Teymur Rəcəbov isə irəliləyib. Həmyerlimiz 4 rəqibini qabaqlayaraq, 2738 xalla 20-ci yerə yüksəlib.

Reytinq cədvəlinin ilk "üçlüyü”ndə dəyişiklik baş verib. Yenə Maqnus Karlsenin (Norveç, 2863) başçılıq etdiyi siyahıda Fabiano Karauna (İtaliya, 2802) ikinci olsa da, Aleksandr Qrişuk (Rusiya, 2794) 3-cü pilləni Hikaru Nakamuraya (ABŞ, 2798) təhvil verib.

FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların "100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Şəhriyar Məmmədyarov (2766) 13-cü, Teymur Rəcəbov 22-ci (2741), Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2681) 59-cudu. Siyahıya 2856 xalla italiyalı Fabiano Karuana başçılıq edir.

Blits növündə isə Məmmədyarovla Rəcəbov yenə 7-8-ci yerlərə şərikdi. Onların aktivində 2808 xalı var. Bu siyahıda Məmmədov 16-cı (2767), Eltaj Səfərli (2676) 74-cü, Hüseynov (2653) 92-ci pillədədi. Standart cədvəldə lider olan Karlsen (2948) burada da birincidi.

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub
İdman 17:18
İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub
Ramil Şeydayev yenidən "Qarabağ"da
İdman 22:13
Ramil Şeydayev yenidən "Qarabağ"da
Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub
İdman 19:26
Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub
UEFA Qurban Qurbanovla bağlı paylaşım edib
İdman 20:00
UEFA Qurban Qurbanovla bağlı paylaşım edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 01:54
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
İdman 00:53
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
İdman 08:36
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
İdman 18:48
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
İdman 12:51
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol