• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Zabit Səmədov Kadırovun fəxri qonağı olacaq - FOTOLAR

Zabit Səmədov Kadırovun fəxri qonağı olacaq - FOTOLAR
29.05.2020 06:07
Qarışıq döyüş növləri üzrə "Qroznaya bitva" adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda keçiriləcək.

Azərbaycanlı döyüşçü, K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən fəxri qonaq qismində dəvət olunub.

"Mən Çeçenistana fəxri qonaq kimi dəvət olunmuşam, ora həmçinin məşhur döyüşçülər Fabritsio Verdum, Con Cons, Badr Hari də dəvət olunublar", - Z.Səmədov "Report"a bildirib.

Z.Səmədov vurğulayıb ki, onun dəvət olunduğu qarışıq döyüş növləri üzrə "Qroznaya bitva" adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda "Kolizey" kompleksində keçiriləcək.

Z.Səmədov əlavə edib ki, turnirin iştirakçıları "Əhməd" və "Berkut" respublika idman klublarının döyüşçüləri olacaq.

Turnirin keçirilməsinə maddi dəstəyi Çeçenistanın mərhum prezidenti, Rusiyanın milli qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai fond göstərir.

ANN.Az
 


Oxşar xəbərlər
Oxşar xəbərlər
İlin ən yaxşı idman Fotoları
06:19
İlin ən yaxşı idman Fotoları
Zabit Səmədov Kadırovun fəxri qonağı olacaq - FOTOLAR
06:07
Zabit Səmədov Kadırovun fəxri qonağı olacaq - FOTOLAR
Mehriban Əliyeva:
06:07
Mehriban Əliyeva: "Bakı bütün Avropanı qəbul etməyə hazırıdır" - Fotolar
“Xəzər Lənkəran”ın növbəti məşqi
06:07
“Xəzər Lənkəran”ın növbəti məşqi
Arda Turanın vəziyyəti pisləşdi
06:06
Arda Turanın vəziyyəti pisləşdi
İranda Azərbaycan bayrağını təhqir etdilər
09:00
İranda Azərbaycan bayrağını təhqir etdilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol