• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Avropa oyunları bizə nə verəcək? - ANN TV

Avropa oyunları bizə nə verəcək? - ANN TV
28.05.2020 21:21
Təkcə Avropanın deyil, planetin digər ölkələrinin də səbirsizliklə gözlədiyi ilk qitə oyunları start nöqtəsinə yaxınlaşır. 91 gündən sonra paytaxt Bakı ilk Avropa oyunlarını qəbul edəcək.

Bildiyiniz kimi, Avropa oyunlarına 49 ölkədən qatılan idmançıların bütün xərclərini Azərbaycan ödəyəcək. Oyunlara sərf edilən maliyyənin dəqiq rəqəmləri bilinməsə də, tikilən bütün infrastrukturu, idman komplekslərini və Avropadan gələn idmançıların xərcini nəzərə alsaq, güman etmək olar ki çəkilən xərclər milyardlar həcmindədir. Biz də ANN TV olaraq, Avropa oyunlarının ölkəmiz üçün xeyirli və ziyanlı tərəflərini öyrənmək üçün iqtisadçı-ekspertlərə müraciət etdik.

İqtisadçı-ekspert Nazim Məmmədov bildirir ki, tikilən bütün bu infrastruktur və olimpiya kompleksləri gələcək üçün istifadə oluna bilən layihələrə daxildir. İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə bildirir ki, bir çox ölkələr olimpiya oyunlarına ayırdığı maliyyəni götürə bilmirlər. Bütün bu gözləntilərin necə olacağını isə zaman göstərəcək.

Babək Mirzəzadə
Video: Aynur Məmmədova, Rasim Əliyev

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avropa oyunları bizə nə verəcək? - ANN TV
21:21
Avropa oyunları bizə nə verəcək? - ANN TV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol