• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

"Limitimiz artıq bitib" – Ruslan Abışov

29.05.2020 01:09
"Qəbələ”nin futbolçusu Ruslan Abışov Azərbaycan Premyer Liqasının 26-cı turunda "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb. Komandanın qələbə qolunun müəllifi R.Abışov oyun haqda fikirlərini bildirib. Millimizin futbolçusu "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Malta ilə matç barədə də danışıb.

- Əvvəlcə "İnter"lə oyun haqda fikirlərini bilmək istərdik...

- Bu oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. "İnter” evdə yaxşı oynayır. Onlar çempionluq uğrunda mübarizə aparırlar. Buna baxmayaraq, biz meydanda taktiki cəhətdən ağıllı oynadıq. Rəqibə heç bir şans vermədik. Layiq olduğumuz qələbəni qazandıq. Ani diqqətsizlikdən qapımızdan top buraxsaq da, bu, təsadüfi qol idi. Əsas olan qələbə idi. Bundan sonra AZAL-la oyunu düşünəcəyik.

- Sanki bu matçda "Qəbələ” doğma meydanda oynayırdı.

- "İnter”lə oyuna yaxşı köklənmişdik. Rəqibi yaxşı təhlil etmişdik. Əvvəlcədən bilirdik ki, "İnter”  taktiki cəhətdən güclüdür. Rəqib müdafiəçilərinin oyuna sərbəst şəkildə başlamasına imkan vermək olmaz. Ona görə də bütün mövqelərdə onları düzgün şəkildə zərərsizləşdirə bildik. Düşünürəm ki, oyunumuz yaxşı alındı.

- Ardıcıl dördüncü qələbədən sonra deyə bilərikmi, komandanız artıq öz oyununu tapıb?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqiblərimizin xal itirməsi və ya onlardan xal almağımız bizə əlavə üstünlük verir. Qarşıda çətin oyunlarımız var. Sona kimi mübarizə aparmalıyıq ki, ən azı Avropa Liqasına vəsiqə qazanaq.

- Azərbaycan kubokunda mübarizə dayandırdınız. Avropa liqasına getmək nə dərəcədə realdır?

- Kubokda sadəcə bəxtimiz gətirmədi. Sonradan oyunu təhlil edən zaman görünürdü ki, "Simurq” mərhələ adlamağa o qədər də layiqli deyildi. Yenə də "Qarabağ”la oyunda onlara uğurlar arzulayıram. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik ki, ən azı üçüncü yeri tutaq.
 

- Çempionatda yaranacaq fasilə ardıcıl dörd qələbə qazanan "Qəbələ”də narahatlıq yaratmır?

- Əksinə, fikrimcə, fasilənin komandaya xeyiri olacaq. Çünki çempionat oyunları sıx qrafikdə keçirilir və futbolçularda yorğunluq hiss olunur.  Gələcəkdə hər şey bizim üçün yaxşı olacaq. Çünki "Qəbələ”nin hər bir futbolçusunda buna inam var.

- Qarşıdan milli komandamızın Malta yığması ilə oyunu gəlir. Çox ehtimal ki, sən də heyətdə olacaqsan. Millimizin baş məşqçisi Robert Prosineçki söyləyib ki, bizi bu oyunda qələbədən başqa heç nə qane etmir.

- Bizim üstünlüyümüz doğma meydanda oynamağımızdır. Malta yığması da bizimlə qrupda son pillədə qərarlaşıb. Onlar da bu matçda xal almağa çalışacaq. Çətin oyun olacaq. Əlimizdən gələni edəcəyik ki, bu qarşılaşmadan qalib ayrılaq. Çünki limitimiz artıq bitib. Doğma meydanda qələbə qazanmaq vaxtıdır.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol