• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bu bankların lisenziyası əlindən alına bilər

Bu bankların lisenziyası əlindən alına bilər
01.04.2015 17:00
Mərkəzi Bankın sədri Elman Rüstəmov bugün açıqlamasında bildirib ki, əhali banklardan  hansı valyuta ilə kredit götürübsə, o valyutada da qaytarmalıdır: "Əgər bank krediti manatla verib sonradan dollarla tələb edirsə, bu qanun pozuntusudur".
 
Mərkəzi Bank sədrinin bəyanatından sonra vəziyyət necə olacaq? Banklar Mərkəzi Bankın verdiyi tapşırıqları həyata keçirəcəkmi? Manatla kredit verib, sonradan ödənişin dollarla tələbə edən bankları hansı cəzalar gözləyir? Bu sualları aydınlaşdırmaq üçün iqtisadçı ekspert Oqtay Haqverdiyevə müraciət etdik.
  
İqtisadçı ekspert ANN.Az-a açıqlamasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun fikirlərini şərh edərkən bildirdi ki, əgər Mərkəzi Bank banklara bildirirsə ki, banklardan götürülən kredit müqaviləsində hansı valyuta ilə kredit götürübsə, o valyutada da qaytarmalıdır, banklarda buna birmənalı olaraq əməl etməlidirlər. Banklar haqqında qanundakı qaydaları Mərkəzi Bank özü müəyyənləşdirir, yəni hansısa bank bu qaydalara - Mərkəzi Bankın göstərdiyi qaydalara əməl etməsə, həmin bank ya cəzalandırılacaq, ya da lisenziyası əlindən alınacaq.
 
Ekspert qeyd etdi ki, manatın indiki məzənnəsi ilin sonuna qədər bu qaydada qalacaq:

"Yəni manatın məzənnəsində dəyişiklik çox güclü olmayacaq. Dəyişiklik çox cüzi ola bilər. Çünki manatın məzənnəsi  birdən-birə 33% aşağı salınıb. Hesab etmirəm ki, manatın məzənnəsi bundanda çox ucuzlaşsın". 
 
Aslanlı Orxan
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu bankların lisenziyası əlindən alına bilər
17:00
Bu bankların lisenziyası əlindən alına bilər
Evlərin qiyməti qalxacaqmı? - Ekspertdən açıqlama
12:34
Evlərin qiyməti qalxacaqmı? - Ekspertdən açıqlama
Dövlət qəzeti: Təşvişə və ajiotaja ciddi səbəb yoxdur
13:09
Dövlət qəzeti: Təşvişə və ajiotaja ciddi səbəb yoxdur
Kredit götürənlərlə bağlı sakitləşdirici PROQNOZ
15:00
Kredit götürənlərlə bağlı sakitləşdirici PROQNOZ
ABŞ kəşfiyyatının «kölgəsi» Azərbaycana dair hesabat açıqladı
12:30
ABŞ kəşfiyyatının «kölgəsi» Azərbaycana dair hesabat açıqladı
Çovgun Bakını işıqsız qoydu
09:30
Çovgun Bakını işıqsız qoydu
Pensiyaların artırılması büdcədə çətinlik yaratmayacaq - Ekspert
13:34
Pensiyaların artırılması büdcədə çətinlik yaratmayacaq - Ekspert
Bazarlarda bahalığa səbəb nədir? - ARAŞDIRMA
15:26
Bazarlarda bahalığa səbəb nədir? - ARAŞDIRMA
Manatın dəyərində problemlər yaranacaq - Qubad İbadoğlu
10:56
Manatın dəyərində problemlər yaranacaq - Qubad İbadoğlu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol