• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

Evinizdə kitablara daha çox yer açın - FOTOLAR

Evinizdə kitablara daha çox yer açın - FOTOLAR
07.04.2015 19:45
Kitab oxumaq sizin hobbinizdirsə, onda evinizdə kitablara aid olacaq ayrıca otaq yaratmaq məcburiyyətindəsiniz.

Kitabxananız həm dincəlmə guşəniz, həm də iş otağınız olacağından bu mühitin sizi boğmaması, daha rahat atmosferə sahib olması vacibdir. Otağa təbii işığın düşməsi də çox önəmlidir. Əgər evinizdə özünüzəməxsus kitabxana yaratmaq istəyiniz varsa, onda bəzi məsləhətləri diqqətə ala bilərsiniz.
 
 
 
 
Evinizin dekorasiyasını gözünüzün qarşısında canlandırın

Kitabxana dedikdə nəzərimizdı taxta materialı və tünd rəng çaları canlanır. Əgər mebel klassik tərzdədirsə, bütünlüyü qorumaq məqsədilə bu modelləri tərcih edə bilərsiniz: otaq tünd qəhvəyi rəngdədirsə, xüsusilə qırmızı, qoz və şabalıdı rənglər üstünlük təşkil edirsə, mebelləriniz, iş stol-stulu da o rənglərin tonuna uyğun olmalı, yumuşaq mebel dəri parçalardan olmalıdır. Bu tərz iş otağı daha zəngin və daha ciddi bir ab-hava yaradır.
 
 
 
 
Açıq rəng mebel seçiminin üzərində dayanın

Otağın qaranlıq olmaması üçün daha açıq rənglərə üstünlük verin. Kitabxananız böyük otağın bir küncündə yerləşdirilibsə, əsas hakimiyyət açıq rənglərin əlindədirsə, o zaman kitabxananızı ağ, açıq qəhvəyi, yaxud bu ton rənglərin parıltılısını seçə bilərsiniz. Məkanda mərkəz hissə hesab olunan soba mövcuddursa, o zaman kitabxananızı da onun yaxınlığında qurmağınız gözəl seçim ola bilər. Təsəvvür edin, soba qırağında əyləşib qış günü kitab oxumaq, oxunan kitabdan alınan ləzzət şaxtalı bir gündə soba istiliyindən alınan xoş rahiyə ilə birləşibsə, bu nə deməkdir?
 
 
 
 
Göz yormayan işıq istifadə edin

Kitabxana dekorasiyası içərisində önəmli yerlərdən biri ətrafın aydınlanmasıdır. Bunun üçün isə təbii işıqlardan, axşam vaxtları isə çılçıraqların işığının düzgün istiqamətlənməsindən asılıdır. Divarda, iş masasında və oxuma kreslosunun yanında gecə lampasının quraşdırılması məkanı daha da gözəl görsədir. Əgər nərdivanlı bir evə sahibsinizsə və kitabxana üçün əlavə məkanınız yoxdursa, o zaman pilləkənlərin altında qalan ölü məkanı kitabxanaya çevirə bilərsiniz.

Hazırladı Nuray



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11:34
"Quran"da var deyə uşaqlarınıza bu adları qoymayın! - SİYAHI
10:21
"Bir psixoloq efirə çıxıb deyirsə ki..." - Vəfa Əkbər
Sorğu: Azərbaycanda yerlibazlıq varmı? - ANN.TV
06:44
Sorğu: Azərbaycanda yerlibazlıq varmı? - ANN.TV
ANN.Az Region TV-nin efirində - VİDEO
23:18
ANN.Az Region TV-nin efirində - VİDEO
Polşalı turist:
22:07
Polşalı turist: "Mən Behbudovun və Maqomayevin mahnılarına sadəcə vuruldum" – MÜSAHİBƏ
13:00
"Məmur övladının həbsi cəmiyyətdə sensassiya yaradırsa..." - AÇIQLAMA
Əgər  büdcədən oğurlamasaydılar... - KÖŞƏ
10:35
Əgər büdcədən oğurlamasaydılar... - KÖŞƏ
Evinizdə kitablara daha çox yer açın - FOTOLAR
19:45
Evinizdə kitablara daha çox yer açın - FOTOLAR
Azərbaycan türkləri “İran” mənşəli deyillər
11:10
Azərbaycan türkləri “İran” mənşəli deyillər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol