• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar

“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar
29.05.2020 06:06

Azərbaycan Dövlət Musiqili Teatrında Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasının premyerası olacaq.
 
ANN.Az xəbər verir ki, Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirdiyinə görə, premyera 16 aprel saat 19.00-da baş tutacaq. Qeyd edək ki, tamaşa Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi, komediyada əsas obrazı canlandıran Afaq xanım Bəşirqızının 60 illik yubileyinə ithaf olunub. Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşada oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərara alır. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Və qəfildən "ölü” ayılır...

Və... Əsl həngamədə məhz bundan sonra başlayır...

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov özü səsləndirəcək.

Tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa edirlər. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyada ən çox satılan kitablar
11:12
Dünyada ən çox satılan kitablar
Milad bayramında izlənəcək ən  yaxşı 10 film
11:02
Milad bayramında izlənəcək ən yaxşı 10 film
Azərbaycan teatrında ilk dəfə - Fotolar
09:22
Azərbaycan teatrında ilk dəfə - Fotolar
06:40
"Qadınlığın simvolu" vəfat etdi - VİDEO
Kikabidze Bakıda konsert verdi
06:17
Kikabidze Bakıda konsert verdi
Stalinin ev muzeyi - Fotolar
06:06
Stalinin ev muzeyi - Fotolar
“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar
06:06
“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar
“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar
06:06
“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar
Gənc Tamaşaçılar Teatrında teatr – məktəb əlaqələri genişlənir...
06:06
Gənc Tamaşaçılar Teatrında teatr – məktəb əlaqələri genişlənir...
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol