• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Mehriban Əliyeva “Rossiya-24”ə müsahibə verdi

Mehriban Əliyeva “Rossiya-24”ə müsahibə verdi
12.04.2015 11:00
Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 11-də Rusiyanın TASS Agentliyində bu ölkənin nüfuzlu aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. 


"Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə danışıb. 


Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yenidən Moskvada olmasından məmnunluğunu bildirib. Qeyd etdi ki, bu şəhərlə onu bir çox xoş xatirələr bağlayır. İlk Avropa Oyunlarından danışan Azərbaycanın birinci xanımı bu idman tədbiri ilə əlaqədar ölkədə görülən işlərdən bəhs edib. 


İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri vurğulayıb ki, bu Oyunlarda iştirak edəcək idmançıların və ölkəmizə gələcək nümayəndə heyətlərinin rahatlığını təmin etmək üçün bütün işlər görülüb. Bundan əlavə, kütləvi informasiya vasitələri üçün də Media Kəndinin yaradıldığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı tədbir iştirakçılarını Oyunlara baxmağa dəvət edib.


Sonra Mehriban Əliyeva Rusiya Federasiyasının nüfuzlu aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin "Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı suallarını cavablandırdı. 


Sonra Heydər Əliyev Fondunun prezidenti "Rossiya-24” telekanalının "Vesti nedeli” verilişinə müsahibə verib. Müsahibədə komitə sədri bu Oyunlara hazırlıqla bağlı görülən işlərdən ətraflı danışıb.
 
ANN.Az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol