• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Lissabondan Bakıya velosipedlə gələcək

Lissabondan Bakıya velosipedlə gələcək
12.04.2015 11:30
Portuqaliyalı idmançı Horhe Kristovao Lissabon şəhərindən Azərbaycanın paytaxtı Bakıya velosipedlə gələcək. İdmançı səyahətinə aprelin 10-da başlayıb. Yeddi min kilometr məsafə qət edəcək H.Kristovao səyahəti boyu bir çox ölkədən keçərək, iyunun 10-da paytaxtımıza çatacaq. 


ANN.Az Azərtac-a istinadən xəbər verir ki, Bakıya gəldikdən sonra o özü ilə gətirəcəyi Portuqaliya bayrağını iyunun 12-də keçiriləcək Avropa Oyunlarının açılış mərasimində ölkəsinin milli komandasına təqdim edəcək.


İdmançının sözlərinə görə, ölkəsinin bayrağını Bakıya aparmaq onun üçün böyük məna kəsb edir:


"Mən hər gün kilometrlərlə velosiped sürürəm. İndiyədək getdiyim ən uzun məsafə Fransa yolları olub. Onda doqquz gün ərzində 1760 kilometr qət etmişdim. Lakin hazırki missiyam ilə heç nə müqayisə oluna bilməz. Çünki bu böyük səy tələb edir və missiyamın öhdəsindən gələcəyimə əminəm. Bu səyahətimə Portuqaliya Milli Olimpiya Komitəsi dəstək verib. Avropa Oyunlarının daha da tanıdılması məqsədi daşıyan bu təşəbbüsümü "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi də böyük məmnuniyyətlə qarşıladı”.


H.Kristovao bildirib ki, səyahəti boyunca İspaniya, Fransa, Monako, İtaliya, Türkiyə, Gürcüstan Milli Olimpiya komitələrinə, həmçinin Avropa Olimpiya Komitəsinin Romadakı Baş Qərargahına və Yunanıstanın Saloniki şəhərindəki Olimpiya Muzeyinə baş çəkəcək.


"İyunun 10-da Portuqaliyanın Milli Bayramı Günündə Bakıya çatacağam. Burada bir neçə gün qaldıqdan sonra iyunun 14-də Portuqaliyaya yola düşəcəyəm”-deyə idmançı qeyd edib.
 
ANN.Az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzuli Məmmədov: “Bakıya qəhrəman şəhər adının verilməsi tarixi ədalətin təntənəsi ola bilər”
09:42
Füzuli Məmmədov: “Bakıya qəhrəman şəhər adının verilməsi tarixi ədalətin təntənəsi ola bilər”
08:54
"Dəyişikliyin qəbul olunub, olunmaması cəmiyyət üçün maraqlı deyil" - Ekspert
Qulu Məhərrəmli telekanalları qınadı - AÇIQLAMA
00:02
Qulu Məhərrəmli telekanalları qınadı - AÇIQLAMA
Lissabondan Bakıya velosipedlə gələcək
11:30
Lissabondan Bakıya velosipedlə gələcək
Azərbaycan vətəndaşı olmaq istəyən əcnəbilər
15:25
Azərbaycan vətəndaşı olmaq istəyən əcnəbilər
İdmandan əvvəl və sonra nə yeməli - MƏSLƏHƏT
17:36
İdmandan əvvəl və sonra nə yeməli - MƏSLƏHƏT
Bakıda Milli Şuranın mitinqi keçirilir
15:15
Bakıda Milli Şuranın mitinqi keçirilir
Azərbaycana təslim olmuş erməni hərbiçinin atasını polis saxladı
12:18
Azərbaycana təslim olmuş erməni hərbiçinin atasını polis saxladı
Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullar bahalaşmayıb
13:21
Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsullar bahalaşmayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol