• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

"Məmur övladının həbsi cəmiyyətdə sensassiya yaradırsa..." - AÇIQLAMA

13.04.2015 13:00
"Qanun  qarşısında hər kəs bərabər olarsa, belə xoşagəlməz hallar da baş verməz".

Son vaxtlar Azərbaycanda məmur övladlarının xoşagəlməz halları, qanun pozuntuları faktı cəmiyyətdə geniş şəkildə müzakirə mövzusuna çevrilib. Aprelin 10-da Bakıda fəaliyyət göstərən "Senator" restoranında baş vermiş xuliqanlıq hadisəsindən sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin həbs olunması faktı ölkədə rezonans doğurub. Qeyd etmək yerinı düşər ki, bu yeganə fakt deyil, bundan əvvəl də digər məmur övladlarının özbaşınalığı ilə bağlı cinayət işi qaldırılmış, yaxud mediada informasiyalara yer verilmişdir.

Nə üçün məmur övladları ilə bağlı tez-tez bu kimi hallar baş verir və bunun əsas səbəbləri nədir? Digər inkişaf etmiş ölkələrdə də bunabənzər hadisələr olurmu? Bu kimi halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Son baş verən hadisələrdən sonra hansısa məmur işdən çıxarılacaqmı?  

Bu suallara aydınlıq gətirmək üçün ekspert Natiq Cəfərli ANN.AZ-a açıqlama verib. Ekspert bu kimi halların baş verməsinin əsas səbəbi kimi hər kəsin qanunlar qarşısında eyni olmamasından irəli gəldiyini bildirib: "Qanun qarşısında hər kəs bərabər olarsa, bu kimi xoşagəlməz hallar da baş verməz. Qismən imkana və yaxud hansısa səlahiyyətə malik olan dövlət məmurların, ya da onların övladlarının hərəkətləri nəticəsində belə şərait yaranır. Vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabər olmalıdır, qanunda necə deyilirsə, o cür hərəkət etməlidir. Belə olmadığı təqdirdə cəmiyyətimizdə belə halların sayı əksik olmayacaq". 

Natiq Cəfərlinin sözlərinə görə, bu kimi faktların baş verməsi inkişaf etmiş ölkələrdə çox gülünc qarşılanır: "Hansı ölkədə məmur və onların ailə üzvlər qanunlara daha çox həssas yanaşırlarsa, biabırçı hadisə qeydə alına bilməz. Çünki dövlət məmurları onlara verilmiş səlahiyyətin, vəzifələrin qarşılığında necə hərəkət etmələrini, cəmiyyətdəki mövqelərinə uyğun hərəkət etməli olduqlarını yaxşı anlayır və cəmiyyətin  digər üzvlərinə nümunə olmalarını yaxşı başa düşürlər. Avropa ölkələrində dövlət məmurı, həmçinin onların ailə üzvləri etdikləri ən adi hərəkətə diqqət yetirirlər. Onlar yaxşı anlayırlar ki, onların hər hansı bir hərəkəti medianın gözündən yayınmır və ictimai nəzarət daim onların üzərindədir. Və əgər belə bir hal olarsa, mediada bu xəbərlər yer alarsa, onlar cəmiyyətdəki olan inamlarını birdəfəlik itirəcəklərini bilirlər. Belə halda onların yeganə çıxış yolu istefa vermək olur”.
 
Azərbaycanda  bu vəziyyətin çox acınacaqlı olduğunu deyən ekspert əlavə edib ki, qanunlar hər kəs üçün eyni səviyyədə işləmir: "Bəzi hallarda qanunlar insanlara görə uyğunlaşdırılır. Bunun da nəticəsidir ki, belə hallar baş verir. Məmur övladları belə düşünürlər ki, onların hər hansı bir güvəndikləri insan yaxşı vəzifəyə sahibdirsə, onların yüksək siğortaları var. Bu fikir tamamilə yanlışdır. Bu fikri onların beynlərindən birdəfəlik silmək lazımdır ki, sən əgər hər hansı məmurun ailə üzvüsənsə, daha diqqətli, ehtiyatlı olmalısan. Bizim ölkədə ən pis cəhətdə ondan ibarətdir ki, əgər məmur övladı hər hansı qanun pozuntusuna görə həbs edilirsə, bu çox böyük sensasiya ilə qarşılanır. Belə qarşılanmağa səbəb nədir? Əgər o qanun-qaydaları pozubsa, təbii ki, qanun qarşısında cəzalandırılmalıdır da. Daha sensasiya ilə qarşılanmalı deyil ki, hansısa məmurun oğlu həbs edildi”.
 
Bu hadisələrdən sonra hansısa məmurun işdən çıxarılması məsələsinə toxunan ekspert bildirib ki, əgər bu hadisələr lazımi orqanlara çatdırılısa, təbii ki, hansısa tədbirlər görüləcək: "Bu hadisələrin baş verməsinin qarşısının alınmasının yeganə həll yolu qanun qarşısında hər kəsin bərabər olmasıdır. Əgər qanun şəxs görə yox, hamı üçün bərabər olarsa, bu hadisələrin baş verməsindən söhbət belə gedə bilməz".

Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
10:21
"Bir psixoloq efirə çıxıb deyirsə ki..." - Vəfa Əkbər
Polşalı turist:
22:07
Polşalı turist: "Mən Behbudovun və Maqomayevin mahnılarına sadəcə vuruldum" – MÜSAHİBƏ
13:00
"Məmur övladının həbsi cəmiyyətdə sensassiya yaradırsa..." - AÇIQLAMA
Əgər  büdcədən oğurlamasaydılar... - KÖŞƏ
10:35
Əgər büdcədən oğurlamasaydılar... - KÖŞƏ
Azərbaycan türkləri “İran” mənşəli deyillər
11:10
Azərbaycan türkləri “İran” mənşəli deyillər
Türkiyədə təhsil nə ilə fərqlənir? - SORĞU
12:16
Türkiyədə təhsil nə ilə fərqlənir? - SORĞU
Əfv olunmuş şəxslərin SİYAHISI
18:23
Əfv olunmuş şəxslərin SİYAHISI
Hadı Rəcəblinin müəllimlərlə bağlı fikirlərinə deputatlardan reaksiya - AÇIQLAMALAR
15:57
Hadı Rəcəblinin müəllimlərlə bağlı fikirlərinə deputatlardan reaksiya - AÇIQLAMALAR
Estonlardan nümunə götürməli olduğumuz 17 səbəb - KÖŞƏ
20:12
Estonlardan nümunə götürməli olduğumuz 17 səbəb - KÖŞƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol