• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Bakıda biznes forum

Bakıda biznes forum
14.04.2015 10:12
Bakı Biznes Mərkəzində Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.

Biznes forumu açan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yüksək tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, bu əməkdaşlığın Rusiya Federasiyasının federal subyektləri ilə də həyata keçirildiyini vurğulayıbr. Bildirilib ki, Azərbaycan ortaq din, mədəniyyət və ənənələrə malik Tatarıstan Respublikası ilə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Tatarıstan nümayəndə heyətinin Azərbaycana bu səfəri də əməkdaşlığın inkişafına, iqtisadi əlaqələrin daha genişlənməsinə öz töhfəsini verəcək. Sabah Gəncə avtomobil zavodunda "KamAZ” markalı yük maşınlarının yığılması üzrə konveyerin istifadəyə verilməsi Azərbaycan və RF Tatarıstan Respublikası arasında əlaqələrin uğurlu inkişafının daha bir göstəricisidir.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Rusiyanın digər subyektləri kimi, Tatarıstanın da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkəmizdəki iqtisadi inkişafın əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaratdığını ifadə edib. R.Zaripov Tatarıstan Respublikası iqtisadiyyatı barədə məlumat verərək, Tatarıstanın Rusiya Federasiyasının sürətlə inkişaf edən bölgələrindən olduğunu, bu gün keçirilən biznes forumun iş adamları arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlığın qurulmasında əhəmiyyətli olacağını deyib, Azərbaycan iş adamlarını Tatarıstana dəvət edib.

Tədbirdə Azərbaycan və Tatarıstan şirkətlərinin fəaliyyətləri barədə məlumat verilib, Azərbaycan və Tatarıstan Respublikası arasında əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol