• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Unibank rəhbəri Fransanın ali mükafatına layiq görüldü - FOTO

Unibank rəhbəri Fransanın ali mükafatına layiq görüldü - FOTO
29.05.2020 01:12
"Unibank” KB ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov Azərbaycan- Fransa əlaqələrinin inkişafına verdiyi töhfəyə görə, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı- "Fransanın Fəxri Legion Kavaleri ordeni”nə layiq görülüb.

Fransa dövlətinin yüksək dövlət mükafatını bu ölkənin Azərbaycandakı səfiri Paskal Mönye Eldar Qəribova təqdim edib. Səfir ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsi və əməkdaşlığın gücləndirilməsi istiqamətindəki fəaliyyətinə görə E.Qəribova təşəkkürünü bildirib. Mükafata görə Fransa rəhbərliyinə minnətdarlığını bildirən Eldar Qəribov, bu mükafatın onun üçün böyük əhəmiyyət daşıdığını deyib: "Mən bu böyük mükafata və mənim təvazökar əməyimə verilən yüksək qiymətə görə Fransa prezidentinə dərin minnətdarlığımı bildirirəm. Mənim üçün böyük şərəf və həmçinin böyük məsuliyyətdir ki, tarixdə ilk azərbaycanlı sahibkar olaraq bu mükafata layiq görülmüşəm. Ölkələrimiz arasında uzun illərdir davam edən yüksək dostluq münasibətlərinin inkişafı və daha da möhkəmlənməsi üçün bundan sonra da dəstəyimi əsirgəməyəcəm”

Qeyd edək ki, Fəxri Legion ordeni — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatıdır. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib. Bu orden Fransa qarşısında xidmətləri rəsmi tanınmasının göstəricisidir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol