• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Oqtay Əsədova `Dostluq` ordeni verildi

Oqtay Əsədova `Dostluq` ordeni verildi
16.04.2015 23:14

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın növbəti iclasında və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 16-da parlamentin sədri MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edib. Tədbirdə təşkilatın növbəti plenar iclasında baxılacaq məsələlər müzakirə olunub.

Qurumun iclasında MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko O.Əsədovu Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Dostluq” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edərək, təntənəli şəkildə ordeni parlamentin sədrinə təqdim edib. V.Matviyenko Milli Məclisin sədrinə xalqlarımızın rifahı naminə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin sədri MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri V.Matviyenko və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.

Görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün parlamentin sədri O.Əsədov Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakubov ilə görüşüb. Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşməsi, deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda səmərəli fəaliyyəti, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi barədə söhbətlər aparılıb.

Milli Məclisin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol