• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Əli Hüseynli: “Avstriya yanlış addım atdı”

Əli Hüseynli: “Avstriya yanlış addım atdı”
23.04.2015 13:48
"Çanaqqala savaşında məqsəd Bosforun, Dardanelin, daha sonra neftlə zəngin ərazilərin ələ keçirilməsi idi. Tarixçilər bu döyüşdə türklərin və Qafqaz müsəlmanlarının iştirakını xüsusi araşdırmalıdırlar”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dillər Universitetində Mir Mövsüm Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı və Milli Məclisin deputatı Musa Qasımlının "Erməni məsələsindən "erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı ingilis dilində nəşr olunmuş kitablarının təqdimat mərasimində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli bildirib ki, Azərbaycan türkləri və Şeyx Şamil hərəkatından sonra Türkiyəyə mühacirət etmiş xalqların nümayəndələri Çanaqqala savaşında döyüşüblər: "Bütün müsəlman bu mücadiləyə qatılmasalar da, Osmanlı və Azərbaycan türkləri Çanaqqala savaşında birgə döyüşdülər. Sadə azərbaycanlılardan tutmuş milyonçulara qədər, hər kəs Çanaqqala savaşında Osmanlıya dəstək verdi. Osmanlı ordusu isə Azərbaycanda ermənilər tərəfindən törədilən soyqırımların qarşısının alınmasında Azərbaycan türklərinə yardım etdi”.

Ə. Hüseynli Avstriya parlamentinin qondarma "erməni soyqırımı”nı tanımasına da toxunub: "Bu, yanlış addımdır. Çünki o dövrdə Avstriya Almaniya və Osmanlı ilə birgə ittifaqda idi, əgər belə hadisə olsaydı, Avstriya da eyni dərəcədə məsuliyyət daşıyardı”.

Ə. Hüseynli Azərbaycan prezidenti İlham Əliyevin Çanaqqala zəfəri ilə bağlı söylədikləri fikirdən sonra "Çanaqqala 100: Qardaş köməyi” sənədli filminin hazırlanmasını təqdir edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol