• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Abdulla Gül: “Bu insanları Bakıya toplamaq böyük uğurdur”

Abdulla Gül: “Bu insanları Bakıya toplamaq böyük uğurdur”
28.04.2015 15:59
"Bakıda olmaqdan çox məmnunam. Bakını hər səfərimdə daha inkişaf etmiş, parlayan bir şəhər kimi görürəm və qürur duyuram. Buna görə də başda prezident İlham Əliyev olmaqla, xidməti olan hər kəsi təbrik etmək istəyirəm”.

APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül deyib.

Azərbaycan və Türkiyənin bir millətin parçası olan dövlətlər olduğunu vurğulayan A. Gül bildirib ki, hər iki ölkə bir-birinin uğurları ilə daim qurur duyur: "Bakıda keçirilən III Qlobal Forumda iştirak etməkdən böyük məmnuniyyət duyuram. Tədbirdə önəmli dövlət xadimləri var. Bu insanları Bakıya toplamaq və belə bir tədbir keçirmək böyük bir uğurdur. Bununla Azərbaycan dünyada daha da tanınır. Şübhəsiz ki, bu forumda iştirak edən insanlar sonradan Azərbaycan haqqında daha yüksək fikirdə olacaqlar və Azərbaycanla bağlı məsələləri xaricdə dəstəkləyəcəklər”.

Türkiyənin sabiq prezidenti "Eurovision” mahnı müsabiqəsi kimi, Birinci Avropa Oyunlarının da Bakıda keçirilməsinin böyük uğur olduğunu qeyd edib: "Azərbaycanın "Eurovision” mahnı müsabiqəsində birinci yeri tutması türk dünyasını sevindirmişdi. İqtisadi inkişaf, yeni layihələr təqdir olunmalıdır”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol