• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyi qeyd olundu

Xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyi qeyd olundu
29.05.2020 00:19
Akademik Milli Dram Teatrında xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyi qeyd olunub.
 
"Report" xəbər verir ki, ilk olaraq xalq artisti Ramiz Novruz və Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov çıxış edib, yubilyarı təbrik ediblər. İ.İsrafilov deyib ki, Əhmədovlar ailəsi Azərbaycan incəsənətinə iki böyük sənətkar -Cəfər Namiq Kamalı və İlham Namiq Kamalı bəxş edib. Sonra Cəfər Namiq Kamal alqış sədaları altında səhnəyə çıxıb, yubileyə gələnlərə təşəkkürünü çatdırıb.

Yubilyarın qardaşı, xalq artisti İlham Namiq Kamal, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, xalq artisti Firəngiz Mütəllimova, Ramiz Novruz, Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artist Mehriban Xanlarova C.N.Kamala təbriklərini çatdırıblar, hədiyyələrini təqdim ediblər.

Daha sonra M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası nümayiş etdirilib. Yubiley münasibətilə göstərilən tamaşada C.N.Kamal vəzir Mirzə Həbib obrazını oynayıb.

Yubiley mərasimi haqda fikirlərini bölüşən Cəfər Namiq Kamal deyib :"Oturmaq vaxtı deyil, mənim yerim səhnədir. Hələ tezdir, bəlkə də 70-dən sonra oturmaq olar".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol