• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Polisin şərxoş şəxsə gücü çatmadı - FOTOLAR+VİDEO

Polisin şərxoş şəxsə gücü çatmadı - FOTOLAR+VİDEO
29.05.2020 08:40
Bakıda asayiş yetkililəri gözlənilməz halla qarşılaşıblar.

ANN.Az-ın çəkiliş qrupu şəhərin Dilarə Əliyeva küçəsində, yol kənarında - səkidə 50-55 yaşlarında, hündür və canlı bir kişinin yerdə uzanmış halda qaldığının şahidi olublar. Küçədən keçən şəhər sakinləri əvvəl onun öldüyünü zənn etsələr də, sonradan spirtli içki qəbul etməsi səbəbilə düşüb qaldığı aydın olub. 

Az sonra sərxoş şəxsin səkidə yatıb qalması polislərin də diqqətini cəlb edib. Maraqlısı odur ki, polis əməkdaşları nə qədər çalışsalar da, sərxoş şəxsi yerindən qaldıra bilməyiblər. Daha sonra polisin köməyinə təcili tibbi yardım işçiləri gəlib. Məhz bundan sonra xərəklə sərxoş şəxs yerdən qaldırılaraq lazım olan ünvana aparılıb.

Hazırladılar: Fərqanə Novruzova
Rasim Əliyev

 
 










 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polisin şərxoş şəxsə gücü çatmadı - FOTOLAR+VİDEO
08:40
Polisin şərxoş şəxsə gücü çatmadı - FOTOLAR+VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol