• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanlı idmançılarla ermənilər arasında dava - VİDEO

Azərbaycanlı idmançılarla ermənilər arasında dava - VİDEO
08.05.2015 15:46

Gürcüstanın paytaxtı Tiflisdə karate üzrə 6-cı dünya çempionatı keçirilib. 


ANN.Az oxu.az-a istinadən xəbər verir ki, çempionatda Azərbaycan və Ermənistan idmançıları arasında kütləvi dava olub.

Həvəskar videoçəkilişdən görünür ki, həmyerlilərimiz erməniləri meydandan qovublar.

***
 
Karateçilərimizin döydüyü ermənilər cəzalandırılıb 

"Bizim gənc idmançımıza məğlub olan erməni döyüşçü bunu özünə sığışdırmadığı üçün yarış meydanında dava saldı. Elə buna görə də erməni idmançı sərt şəkildə cəzalandırıldı”.
 
Bu sözləri Axar.az-a Gürcüstanın paytaxtı Tiflisdə karate üzrə 6-cı dünya çempionatı zamanı Azərbaycan və Ermənistan idmançıları arasında düşən kütləvi davadan danışan "World Shotokan Karate Union” federasiyasının Azərbaycan nümayəndəliyindən Renat Əliyev bildirib.
 
Sözügedən federasiyanın gənc idmançısı Turqut Həsənovun erməni həmkarını yarışda məğlub etməsi qarşı tərəfin qəzəbinə səbəb olub. R.Əliyevin sözlərinə görə, davanı da erməni idmançılar salıb:
 
"Ermənilərlə bizim döyüşçülərin davasına səbəb bizim idmançımız Turqut Həsənovun döyüş zamanı erməni idmançısına qalib gəlməsi oldu. Erməni idmançının uduzmasına bu şəkildə etiraz etmək istədilər, dava saldılar. Elə döyüş meydanında təxribat xarakterli addımlar atdılar. Ancaq cavablarını da aldılar. Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən davanı salan idmançılar oradan uzaqlaşdırıldı. Davanı salan idmançılara və rəhbərlərinə də ağır şəkildə xəbərdarlıq olundu. Həmçinin, dava salan idmançının özünü də uzun müddətli diskalifikasiya etdilər. Uduzan tərəf də, cəza alan tərəf də onlar oldu”.
 
R.Əliyevin qeyd edib ki, dava salan oyunçuya görə Ermənistan nümayəndəliyi onlardan üzr də istəyib:
 
"Sonradan Ermənistanın mübahisə salan idmançının üzv olduğu təşkilatın rəhbəri şəxsən bizdən üzr istədi və öz idmançılarını da yarış yerindən kobud şəkildə qovdu. Biz bütün hallarda təxribata uymamağa çalışdıq. Çünki qarşıda bizi Avropa Oyunları gözləyir”.
 
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə karate üzrə 6-cı dünya çempionatı zamanı Azərbaycan və Ermənistan idmançıları arasında kütləvi dava olub. Həvəskar videoçəkilişdən görünür ki, həmyerlilərimiz erməniləri meydandan qovublar.

 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu idmançının ayaqqabıları 412 min dollara satıldı - FOTO
12:47
Bu idmançının ayaqqabıları 412 min dollara satıldı - FOTO
“Qarabağ - “Young Boys”: biletlər satışdadır
11:22
“Qarabağ - “Young Boys”: biletlər satışdadır
Blatterlə bağlı yeni iddia: İrina Şeykla sevgili olub? - FOTO
14:36
Blatterlə bağlı yeni iddia: İrina Şeykla sevgili olub? - FOTO
​İran prezidenti
15:08
​İran prezidenti "Tarktorsazi" ilə bağlı açıqlama verdi
13:43
"Ayntraхt"ın qapıçısı Bakıdakı yanğına şeir yazdı - FOTO
Finalda qəribə hadisə -
11:00
Finalda qəribə hadisə - "Traktorsazi"yə yalan məlumat verilib
Azərbaycanlı idmançılarla ermənilər arasında dava - VİDEO
15:46
Azərbaycanlı idmançılarla ermənilər arasında dava - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol