• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Salzburqlu iş adamları "Şuşaya Ədalət" dedi

Salzburqlu iş adamları
15.05.2015 14:25
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə "Şuşaya Ədalət beynəlxalq kampaniyası çərçivəsində konfransın keçirilməsi” adlı layihəni Azərbaycandan kənarda Avstriyanın Salzburq şəhərində keçirməyə haqq qazanmışdır.

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyevin təqdimatı altında Avstriyanın iqtisadiyyatında önəmli yer tutan şirkət rəhbərlərinin iştirakı ilə Salzburqda "Şuşaya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində 3 genişçaplı konfransdan ilki 07 May 2015-ci il tarixində ST.VIRGIL konferans mərkəzində baş tutmuşdur. 
Konfransda Şuşa şəhəri ilə bağlı həqiqətlər dünya ictimaiyyətinin, xüsusilə də, qərb mətbuatının o cümlədən, Avstriya Respublikasının diqqətinə çatdırılmışdır. Konfransda müxtəlif fəaliyyət formalarından (sənədli film, videolar və stendlər) istifadə olunaraq Şuşa şəhəri , o cümlədən ermənilər tərəfindən işğal olunmuş digər ərazilərimiz haqqında mövcud olan yalan və saxta məlumatlar ifşa edilərək Avstriya iş adamlarının diqqətinə çatdırılmışdır.

İnnsbruckda 23 illik Şuşa Ədalətsizliyinə dur səsi yüksəldi!!!
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi (AYNHA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasina başladığı "Şuşaya Ədalət beynəlxalq kampaniyası çərçivəsində konfransın keçirilməsi” adlı layihənin ikinci konfransını Avstriyanın İnnsbruck şəhərində ictimai birliyin Baş katibi Elməddin Mehraliyevin rəhbərliyində həyata keçirdi.
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyevin rəhbərliyi altında Avstriyanın İnnsbruck şəhərində ictimai sektorda önəmli yer tutan Phönix təşkilatının rəhbərlik və daimi üzvlərinin iştirakı ilə "Şuşaya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəzərdə tutulan genişçaplı konfransdan ikincisi Şuşanın işğal edildiyi gün yəni 08 May 2015-ci il tarixində Fönexin öz konfrans mərkəzində baş tutmuşdur.
Keçirilən konfransda Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyev öz çıxışı zamanı Azərbaycan Respublikasinin dövlət rəmzlərindən, ərazi bütövlüyünün qorunması yönündəki görülən işlərdən, regiondaki siyasi həqiqətlərindən, ermənilərin tarixin müxtəlif zamanlarında müxtəlif güclər və müxtəlif dövlətlər tərəfindən regionumuza habelə ölkə ərazilərimizə köçürülməsindən, hazırki Ermənistanin tarixi Azərbaycan torpaqları üzərində üçüncü dövlətlərin təsiri ilə qurulmasından, ermənilərin Azərbaycan əhalisinə qarşi törətdikləri faciələrin 1918-1920-ci illərdən bəri başlandığını və bunların davamını 1990-cı illərdə daha aqressiv bir şəkildə müharibə olaraq həyata keçirdiklərini dilə gətirmişdir . Həmçinin, işğal olunmuş Azərbaycan torpaqlarında, xüsusilə də Şuşada ermənilərin törətdikləri vəhşiliklərin və mədəni-tarixi-dini abidələrə qarşı erməni vandalizminin təkcə Azərbaycana qarşı yox, bütün dünya mədəniyyətinə qarşı həyata keçirildiyini qeyd etmiş, dünya ictimaiyyətinin, xüsusilə də BMT kimi mötəbər beynəlxalq qurumların səssizliyindən bəhs etmişdir. Kofrans zamanı Şuşanın işğalı zamanı baş verən bütün hadisələr konfrans iştirakçılarının və KİV-in diqqətinə çatdırılmışdır.
Daha sonra tədbirdə qarşılıqlı sual cavablar şəklində məlumat alış verişi olmuşdur. 23 illik işğala qarşı ölkəmizin refleksləri haqqında maraqlanan tədbir iştirakçılarina ölkəmizin sülh yönümlü siyasət yürütdüyünü vurğulayan M.Elməddin, gərəkdiyi zaman ölkəmizin şiddətə şiddətlə cavab verə biləcək ordusu haqqında da məlumat verdi. Daha sonra Azərbaycan haqqında əlavə məlumat istəyən Avstriyanın qabaqcıl şirkət nümayəndələrinə müxtəlif tanıdıcı film ve video süjetlər nümayiş olundu. 
Konfransda Şuşa şəhəri ilə bağlı həqiqətlər dünya ictimaiyyətinin, xüsusilə də, qərb mətbuatının o cümlədən, Avstriya Respublikasının diqqətinə çatdırılmışdır. Konfransda müxtəlif fəaliyyət formalarından (sənədli film, videolar və stendlər) istifadə olunaraq Şuşa şəhəri , o cümlədən ermənilər tərəfindən işğal olunmuş digər ərazilərimiz haqqında mövcud olan yalan və saxta məlumatlar ifşa edilərək Avstriyada ictimai sektorda fəal iş adamlarının diqqətinə çatdırılmışdır.
 
FELDKİRCH ŞƏHƏRİNDƏ ŞUŞA SƏDASI!!!
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi (AYNHA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı "Şuşaya Ədalət beynəlxalq kampaniyası çərçivəsində konfransın keçirilməsi” adlı layihənin növbəti konfransını Avstriyanın Feldkirch şəhərində ictimai birliyin Baş katibi Elməddin Mehraliyevin rəhbərliyində həyata keçirdi.
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyevin rəhbərliyi ilə Feldkirch şəhərində ictimai sektorun önəmli aktyorlarından Phönix təşkilatının bu şəhərdəki rəhbərlik və daimi üzvlərinin iştirakı ilə "Şuşaya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəzərdə tutulan geniş çaplı konfransdan üçüncüsü 09 May 2015-ci il tarixində Phönexin təşkilatının otelində baş tutmuşdur.
Konfrans zamani çıxış üçün ilk söz alan qurumun sədr müavini Azərbaycandan gələn heyətin bu səfərindən məmnunluq hissi duyduğunu ifadə etdi.Bu səfər çərçivəsində bir çox sahədə üzvlərinin konferansda iştiraki Azərbaycan həqiqətlərinin bu cəmiyətdə çox maraq doğurduğunu qeyd eden Adalbert Derek gələcəkdə bu kimi tədbirlərin qarşiliqli müzakirələr ətrafinda təşkil edilməsini təklif etdi. 
Sonra söz alan Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyev öz çıxışı zamanı Azərbaycan Respublikasinin ərazi bütövlüyünün qorunması yönundəki görülən işlərdən, regiondaki siyasi həqiqətlərindən, ermənilərin tarixin müxtəlif zamanlarında müxtəlif güclər və müxtəlif dövlətlər tərəfindən regionumuza habelə ölkə ərazilərimizə köçürülməsindən, hazırki Ermənistanin tarixi Azərbaycan torpaqları üzərində üçüncü dövlətlərin təsiri ilə qurulmasından, ermənilərin Azərbaycan əhalisinə qarşi törətdikləri faciələrin 1918-1920-ci illərdən bəri başlandığını və bunların davamını 1990-cı illərdə daha aqressiv bir şəkildə müharibə olaraq həyata keçirdiklərini dilə gətirmişdir . Həmçinin, işğal olunmuş Azərbaycan torpaqlarında, xüsusilə də Şuşada ermənilərin törətdikləri vəhşiliklərin və mədəni-tarixi-dini abidələrə qarşı erməni vandalizminin təkcə Azərbaycana qarşı yox, bütün dünya mədəniyyətinə qarşı həyata keçirildiyini qeyd etmiş, dünya ictimaiyyətinin, xüsusilə də BMT kimi mötəbər beynəlxalq qurumların səssizliyindən bəhs etmişdir. Kofrans zamanı Şuşanın işğalı zamanı baş verən bütün hadisələr konfrans iştirakçılarının və KİV-in diqqətinə çatdırılmışdır.
Avstriyada yaşayan Türk mənşəli vətəndaşlardan M.Ahmet Keser Qarabağ və Şuşa həqiqətlərindən bəhs edən məqalə və kitabların bir an öncə nəşr edilərək qərb ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğuladı.

Salzburqda Şuşa Günü
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi (AYNHA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasina başladığı"Şuşaya Ədalət beynəlxalq kampaniyası çərçivəsində konfransın keçirilməsi” adlı layihəni Şuşa Günü adlı müxtəlif mədəniyyət nümayəndələrinin iştirakı ilə həyata keçən iri miqyasli proqramla davam etdirdi.

Elm Adamları Linz Şəhərində Şuşaya Ədalət Dedi!!!
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi (AYNHA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı "Şuşaya Ədalət beynəlxalq kampaniyası çərçivəsində konfransın keçirilməsi” adlı layihənin növbəti konfransını Avstriyanın Linz şəhərində həyata keçirdi.

Konfrans zamanı Şuşa həqiqətləri ilə yanaşı Avstriyada yaşayan soydaşlarımızın Azərbaycan haqqında elmi fəaliyyətlərlə qərb ictimaiyyətinə müraciət formaları müzakirə edildi.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol