• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

ABŞ etirazını bildirdi

ABŞ etirazını bildirdi
18.05.2015 12:08
ABŞ Məhəmməd Mursi barədə ölüm hökmündən narahatdır

ABŞ Misirin sabiq prezidenti Məhəmməd Mursi və 2011-ci ildə həbsdən kütləvi qaçışlara görə cavabdeh hesab edilən digər 100-dən çox müttəhim haqqında ölüm hökmü çıxarılmasını ciddi narahatlıqla qarşıladığını bildirib.

ANS PRESS-in məlumatına görə, bu barədə rəsmi Vaşinqtonun mövqeyini Dövlət departamenti bildirib.

"Biz dəfələrlə kütləvi məhkəmə proseslərinin və hökmlərin əleyhinə çıxış etmişik, çünki bu addımlar Misirin beynəlxalq öhdəlikləri və qanunun aliliyi ilə ziddiyyət təşkil edir" - deyə Dövlət Departamentinin bugünkü bəyanatında deyilir.

Bu arada ölüm hökmü ilə əlaqədar narahatlığını Avropa Birliyi də gizlətməyib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə hökmü "keçmiş rejimin (Mübarək dövrü) davamı” kimi qiymətləndirib.

Qeyd edək ki, ölüm hökmü dünən Qahirə məhkəməsində çıxarılıb. Mursinin vəkili ölüm hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib. Sabiq prezident həmçinin casusluq ittihamları ilə üzləşir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol