• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü
18.05.2015 15:51
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüblər. 

"Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub. Prezident İlham Əliyev bu ilin aprelində Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayaraq bu səfərin uğurla keçdiyini və müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Bakıda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinin, gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan İyad bin Amin Mədəni bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Söhbət zamanı Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol