• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Xəbər ANı:Ailə quranlara sağlamlıq imtahanı - ANN.TV

Xəbər ANı:Ailə quranlara sağlamlıq imtahanı - ANN.TV
19.05.2015 09:45
Yeni ailə quranlar tibb arayışı almadan nigaha daxil ola bilməyəcəklər. Milli Məclisin verdiyi bu qərar iyunun 1-dən qüvvəyə minəcək. Ailə quran tərəflər arasında uyğunsuzluq olduqda, bir sıra xəstəliklər ortaya çıxır. Bir çoxları nigaha daxil olandan sonra bilir ki, tərəflərdən birində hansısa ciddi xəstəlik varmış. Qəbul edilən bu qanun ailə-məişət məsələlərində sonradan yaranan bir çox problemlərin qarşısını almaqla yanaşı, gələcəkdə boşanmaların da sayının azalmasına gətirib çıxara bilər.

Həkimlər də qəbul edilən bu qərarın vaxtında verildiyini və bunun sayəsində gənclərdə nigahdan qabaq yaranan infeksion xəstəliklərin qarşısının alınmağında böyük rol oynayacağını bildirirlər.
                                      
Məlumat üçün bildirək ki, nigaha daxil olmaq istəyənlərin tibbi müayinəsi tibb müəssisələrində pulsuz həyata keçiriləcək.
 
ANN.TV-nin çəkiliş qrupu bu mövzunu araşdırıb və video-süjet hazırlayıb. Həmin reportaja baxa bilərsiniz 

Hazırladı:
Babək Mirzəzadə
Rasim Əliyev


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
OBYEKTİVDƏ: Xalqı çörəklə sınayanlar - ANN.TV
08:43
OBYEKTİVDƏ: Xalqı çörəklə sınayanlar - ANN.TV
Xəbər ANı:Ailə quranlara sağlamlıq imtahanı - ANN.TV
09:45
Xəbər ANı:Ailə quranlara sağlamlıq imtahanı - ANN.TV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol