"Fənərbaxça"ya yeni baş məşqçi gəlir
"Şaxtyor"un baş məşqçisi Mirça Luçeku yeni mövsümdən "Fənərbaxça"nı çalışdıra bilər.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Futbol Federiyasının sabiq prezidenti, hazırda UEFA-nın idarə heyətinin üzvü olan Mirça Sandu məlumat verib.
O bildirib ki, M.Luçesku yeni mövsümdən Türkiyədə işləyəcək: "Luçesku "Fənərbaxça"nı çalışdıracaq. Ötən ildən "Fənərbaxça"nı onu istəyirdi. Xatırladaq ki, M.Luçesku mövsümü sonu "Şaxtyor"dan ayrılacağını açıqlayıb.
www.ann.az