• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev Bakıda yanğınla bağlı komissiya yaratdı

İlham Əliyev Bakıda yanğınla bağlı komissiya yaratdı
19.05.2015 20:08
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

ANN.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Dövlət Komissiyası aşağıdakı tərkibdə yaradılıb:

Komissiyanın sədri:

Abid Şərifov - Azərbaycan Respublikasının Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru
Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Dövlət başçısının tapşırığına əsasən, Dövlət Komissiyası:

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirməlidir;
- baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etməlidir;
- hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməlidir;
- yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etməlidir;
- yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırsın və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir;
- görülmüş işlər haqqında mütəmadi məlumat verməlidir.

Baş Prokurorluq isə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol