• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Səfir və Argentina rəsmisi Musiqili Teatrda

Səfir və Argentina rəsmisi Musiqili Teatrda
20.05.2015 16:57

Bu günlərdə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünya mədəniyyətinin bir çox tanınmış simaları, rəsmi dövlət adamları iştirak edir.Forum çərçivəsində paytaxtımıza gələn mötəbər qonaqlar ölkəmizin mədəniyyət ocaqlarına da baş çəkir, paytaxtın mədəni həyatı ilə daha yaxından tanış olurlar. Dünən Argentina Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva və Argentina Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı xanım Maria Elena Troncoso Azərbaycan Dövlət Musiqili Teatrında olub.
 
ANN.Az xəbər verir ki, Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, mötəbər qonaqları teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Habelə görüş zamanı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə səmərəli təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və Argentinaya dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı ilə bağlı məsələlərə toxunulub. Sonra mötəbər qonaqlar Musiqili Teatrın binası ilə – ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şəraitlə tanış olub, rejissor və aktyor heyyəti ilə görüşüblər.
 
Cənab səfir Karlos Dante Riva Əliqismət Lalayevə teatrda yaradılmış şəraitin və peşəkar yaradıcı münasibətin çox yüksək səviyyədə olduğunu bildirib. Əvvəllər aktrisa kimi bir sıra obrazları canlandıran Argentina Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini xanım Maria Elena Troncoso Azərbaycan Dövlət Musiqili Teatrı kimi müasir standartlara tam cavab verən bir səhnəni görəndən sonra yenidən aktrisa kimi fəaliyyət göstərmək arzusuna düşdüyünü söyləyib: "Bu möhtəşəm səhnə, bu bənzərsiz şərait məni yenidən aktrisa kimi fəaliyyət göstərməyə sövq edir. İnanın ki, dil baryeri olmasaydı, işləmək üçün sizin Musiqili Teatrı seçərdim. Azərbaycan sürətlə inkişaf edir, Bakı həddindən artıq müasir və gözəl şəhərdir”, - deyə xanım Maria Elena Troncoso Azərbaycana və Bakıya heyranlığını da gizlətməyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol