• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“Qarabağ”ın çempionluq bayramı ləğv olundu

“Qarabağ”ın çempionluq bayramı ləğv olundu
21.05.2015 19:32

Azərbaycan Premyer Liqasının 35-ci turunun sabah keçiriləcək "İnter” – "Qarabağ” oyunundan sonra əvvəlcədən nəzərdə tutulan atəşfəşanlıq ləğv edilib.

Bu haqda Qol.Az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

O, Bakıda 15 nəfərin faciəli ölümünə səbəb olan çoxmərtəbəli binadakı yanğına görə belə qərar verdiklərini bildirib.

PFL prezidenti deyib ki, matçdan sonra 2014/15 mövsümü Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ”a yalnız çempionluq kuboku və qızıl medal, "İnter”ə isə gümüş medal xüsusi təmtəraq olmadan təqdim ediləcək. Yəni hər hansı bayram tədbiri, atəşfəşanlıq olmayacaq.

Matçdan əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, "İnter” – "Qarabağ” oyunu sabah saat 20.00-da "İnter Arena”da başlanacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol