• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq

Azərbaycan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq
21.05.2015 18:19
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının üzvü, Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han ilə görüşüb.

ANN.Az Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən bildirir ki, görüş zamanı Elmar Məmmədyarov tərəfindən Yohannes Hana "Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi təqdim olunub.

Azərbaycanın Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu qeyd olunaraq, bu sənəd əsasında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanların yarana biləcəyi vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov münaqişə ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinə Avropa İttifaqı tərəfindən aydın və birmənalı mövqe bildirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi nota ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Federika Mogeriniyə də təqdim olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol