• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Şahin Diniyev "Kəpəz" klubuna baş məşqçi təyin olundu

Şahin Diniyev
21.05.2015 23:00
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Gəncənin "Kəpəz" futbol klubuna baş məşqçi təyin olunub.
 
Bu barədə "Report"a təcrübəli mütəxəssisin özü məlumat verib.

O, bildirib ki, artıq klub prezidenti Mehman Allahverdiyevlə ilkin danışıq olub. Komanda ilə bağlı digər detallar isə M.Allahverdiyevlə görüşdə məlum olacaq: "Mehman müəllimlə Bakıda görüşdük və mənim razılığımı almaq istədi. Söhbət zamanı komandanın əvvəlki hörmətinin qaytarmaq istədiklərini bildirdi. Dedi ki, Gəncə futbolunun yenidən dirçəlməsi üçün mənimlə əməkdaşlıq etmək istəyir. Bir az söhbət etdikdən sonra ilkin razılığı aldı. Bir neçə saatdan sonra onunla görüşümüz olacaq və ətraflı söhbətimiz olacaq. Əlahəddə bir şey çıxmasa, yeni mövsümdən Gəncədə baş məşqçi işləyəcəyəm".

49 yaşlı mütəxəssis komandanın Premyer Liqadakı iddiasının və transfer məsələlərinin də bu gün keçiriləcək görüşdən sonra məlum olacağını açıqlayıb.

Ş.Diniyev Məşqçilər Komitəsindəki işi ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, bu məsələ sual olaraq qalıb: "Gəncə komandasında iyulun 11-dən fəaliyyətə başlayacağıq. Ona qədər komitədə çalışacağam. Daha sonra federasiya hansı qərarı versə, o qərarda da qalacağıq. Qəbul olunacaq hər bir qərara hörmətlə yanaşacağıq".

Komitə üzvü deyib ki, hələ 10 il öncə "Kəpəz" komandasında çalışdığı vaxt M.Allahvediyevin ona maneçilik törətdiyinə dair xəbərləri təkzib edib: "Onunla eyni komandada futbol oynamışam. Hərə bir şey fikirləşə bilər. Ancaq bizim aramızda yüksək səviyyədə münasibət var. Əgər pis olsaydı, o mənə belə təklif etməzdi".

Qeyd edək ki, Şahin Dİniyev "Kəpəz"də 1987 - 1989-cu illərdə futbolçu, 2004-2005-ci illərdə baş məşqçi kimi çalışıb. O, 2014-cü ilin dekabrından fəaliyyət göstərən Məşqçilər Komitəsinin üzvüdür.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol