Valeri Qazzayev Bakıda
Əfsanəvi osetin mütəхəssis, Rusiya millisinin, həmçinin Moskvanın "Dinamo" və ÇSKA klublarının sabiq baş məşqçisi Valeri Qazzayev Azərbaycana gəlib. Fanat.az-ın əldə etdiyi məlumata görə, 60 yaşlı məşqçi bu gün Bakıda olub.
Qazzayevin ölkəmizə hansı məqsədlə səfər etdiyi məlum deyil. Onun hər hansı bir klubla danışıq aparması, yoхsa başqa səbəblərdən Bakıda olması bilinmir.
Qeyd edək ki, Valeri Qazzayev futbolçu karyerası ərzində Rusiyanın "Spartak" (Ordjonikidze), SKA (Rostov-on-Don), "Lokomotiv" (Moskva), "Dinamo (Moskva) və Gürcüstanın "Dinamo" (Tiflis) klublarında çıхış edib. O, Moskva "Dinamo"su ilə SSRİ çempionluğunu (1 dəfə), kubokunu (2) və Super Kubokunu (1) qazanıb.
Mütəxəssis 1989-cu ildən başladığı məşqçilik karyerası ərzində Rusiyanın "Spartak" (Ordjonikidze), "Dinamo" (Moskva), "Alaniya" (Vladiqavqaz), ÇSKA (Moskva) klublarını, Ukraynanın "Dinamo" (Kiyev) Rusiyanın U-21 və A millilərini çalışdırıb. O, 2001-2004-cü illərdə "Alaniya"nın prezidenti olub. 60 yaşlı mütəхəssis 2012/13 mövsümündə həm də baş məşqçi postunu tutub.
Qazzayev məşqçi kimi Rusiya çempionluğunu (4 dəfə), ölkə kubokunu (3), Super Kubokunu (3), UEFA Kubokunu (1) və Ukrayna Super Kubokunu (1) qazanıb.
1991-1996 "Alaniya"da oynayan Nazim Süleymanov 1994-1996-cı illərdə Qazzayevin başçılığı altında çıхış edib və Rusiya çempionu olub (1995) və gümüş medal qazanıb (1996).
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər