• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"Hazırkı durumda "Xəzər Lənkəran"la oyuna yollanmağımız mümkün deyil"

25.05.2015 15:49
Maliyyə problemləri ilə üzləşən Zaqatalanın "Simurq" klubunun Azərbaycan Premyer Liqasında son turun "Xəzər Lənkəran"la səfər matçına yollanması böyük sual altına düşüb.
 
Bu barədə "Report"a klubun baş meneceri Kamran İsmayılov məlumat verib.

Onun sözlərinə görə, hazırkı durumda Zaqatala təmsilçisinin Lənkərana gedişi mümkün deyil: "Baş məşqçi Georgi Çixradze ilə danışmışam. O, hazırda vətəni Gürcüstandadır. Bildirib ki, komanda Lənkərana getsə, birbaşa ora yollanacaq. Futbolçulara təşəkkür edirəm, qarşılarında baş əyirəm ki, bu ana qədər mübarizə aparıblar. Onlar "Xəzər Lənkəran"la oyuna çıxmağa hazırdırlar. Sadəcə, hazırkı durumda maliyyə baxımından Lənkərana yollanmağımız mümkün deyil. Bu gün və ya sabah heç nə dəyişməsə, səfər oyununa gedə bilməyəcəyik. Biz batan gəmini sahilə çıxarmağa çalışdıq, amma alınmadı".

"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Simurq"un oyuna gəlməyəcəyini təsdiqləyib. O, bildirib ki, matç öncəsi Lənkəranın müxtəlif yerlərində vurmaq üçün afişa hazırlamaq istəsələr də, onlara oyunun baş tutmayacağı deyilib.

Lakin "Simurq"un prezidenti Anar Bəkirov "Report"a qısa açıqlamasında oyuna gedəcəklərini bildirib.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının rəsmi saytı mayın 28-də keçiriləcək "Xəzər Lənkəran" - "Simurq" matçının saat 21:00-da başlanacağını açıqlayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol