Karlo Ançelotti “Real”dan getdi – RƏSMİ
Bu mövsümdə madridlilər heç bir mükafat qazanmayıblar.
Madrid "Real”ı futbol komandasının baş məşqçisi Karlo Ançelotti istefaya göndərildi, bunu klubun rəsmi saytı yazıb. Bu barədə xüsusi mətbuat konfransında "Real”ın prezidenti Florentino Peres bəyan edib.
Oxu.Az xəbər verir ki, bu mövsümdə madridlilər heç bir mükafat qazanmayıblar.
İspaniya çempionatında "kral klubu” "Barselona”nı irəli buraxıb, ölkə kuboku uğrunda mübarizədə 18 finalda iki matç cəmində "Atletiko” (0:2, 2:2) irəli keçib, Çempionlar Liqasının yarımfinalında isə Turin "Yuventus”unu keçə bilməyib. (1:2, 1:1).
Ançelottinin mümkün istefası ispan KİV-də dəfələrlə gündəmə gəlib, amma indi italyan mütəxəssisi ilə vidalaşma xəbəri rəsmi olaraq təsdiqləndi.
Ançelotti "Real”a 2013-cü ilin yayından rəhbərlik edirdi. Keçən il o, klub ilə dörd qələbə – İspaniya Kuboku, Çempionlar Liqası, UEFA superkuboku və klub dünya çempionatını qazanıb. Ən prestijli klub turnirində qələbə madridlilərə Avropa çempionlarının onuncu kubokunu gətirdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər