• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Barak Obama İlham Əliyevə məktub yazdı

Barak Obama İlham Əliyevə məktub yazdı
26.05.2015 13:08
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
"Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

"28 may Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Biriləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir.

Azərbaycan müstəqilliyini qazandığı vaxtdan, Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik.

Tərəfdaşlığımız həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqların təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır.

Lütfən milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
Ordumuz hərbi təlimlərə başlayır
01:57
Ordumuz hərbi təlimlərə başlayır
Azərbaycan İranla
22:32
Azərbaycan İranla "altılıq" ölkələri arasında razılaşmanın əldə olunmasını alqışlayır
Ermənistan ordusunda daha bir itki
20:42
Ermənistan ordusunda daha bir itki
Seçici fəallığı ən az və ən çox olan seçki dairələri
11:40
Seçici fəallığı ən az və ən çox olan seçki dairələri
FHN-ə yeni səlahiyyət verildi - QƏRAR
09:18
FHN-ə yeni səlahiyyət verildi - QƏRAR
XİN-dəki gizli bomba partladı
19:36
XİN-dəki gizli bomba partladı
​XİN: ATƏT/DTİHB-ə göndərilmiş dəvət hələ qüvvəsindədir
10:27
​XİN: ATƏT/DTİHB-ə göndərilmiş dəvət hələ qüvvəsindədir
Bayram Səfərov: Qarabağda sülhməramlılara ehtiyac yoxdur
15:20
Bayram Səfərov: Qarabağda sülhməramlılara ehtiyac yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol