• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Bu art deyil, çirkli dənizdir - FOTOLAR

Bu art deyil, çirkli dənizdir - FOTOLAR
29.05.2020 06:46
Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar. 

1) Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər, 

2) Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə, 

3) Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə, 

4) Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə. 

Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Misal üçün, son məlumatlara görə çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 mln. ton neft məhsulları gətirilir və bunun 95 faizi Volqa çayının payına düşür.

Bir də var ki, bu yuxarıda sadaladığımıza aid olmayan çirklənmə mənbəsi – yəni Xəzərin sahilinə dincəlmək üçün gələn, amma əlindəki zir-zibili suya tullayan adamların münasibəti. 

Təəssüf ki, bizə bəxş olunan sərvətin qədrini bilmir, onu yetərincə qiymətləndirmirik. Bunun da müqabilində təbiət bizimlə belə zarafatlar edir – ANN.Az xəbər portalının fotomüxbirinin hazırladığı fotosessiyadan da göründüyü kimi bəzi şəkillər ebru sənət nümunələrinə çox bənzəyir: günəş şüalarının fonunda suyun üzərinə yığılıb qalan mazut və çirk "bərq vurur”. 

Lakin bu art deyil, çirkli dəniz mənzərəsidir.

Fotoların müəllifi Fərqanə Novruzovadır


 
 


















































































































































































































































































 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı qalereyasında “Quşlar üçün viza” sərgisi – REPORTAJ
10:21
Bakı qalereyasında “Quşlar üçün viza” sərgisi – REPORTAJ
Bu art deyil, çirkli dənizdir - FOTOLAR
06:46
Bu art deyil, çirkli dənizdir - FOTOLAR
Bukingem sarayı - ingilis monarxların rəsmi rezidensiyası – REPORTAJ
Dünya 02:46
Bukingem sarayı - ingilis monarxların rəsmi rezidensiyası – REPORTAJ
İzmir - sirlərlə dolu sandıq - FOTOLAR
Dünya 11:57
İzmir - sirlərlə dolu sandıq - FOTOLAR
Bakı parkları:
16:25
Bakı parkları: "Şəlalə" parkı - FOTOREPORTAJ
Şəhərin parkları: Sahil bağı - FOTOREPORTAJ
20:17
Şəhərin parkları: Sahil bağı - FOTOREPORTAJ
09:26
"Şah yaylağı": Laza - FOTOLAR
Bakı-Qazax şossesində mini-zoopark – REPORTAJ
14:10
Bakı-Qazax şossesində mini-zoopark REPORTAJ
BİZİM REGİONLAR: Köhnəqışlaq kəndi, Ağstafa - FOTO
17:09
BİZİM REGİONLAR: Köhnəqışlaq kəndi, Ağstafa - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol