• $
  • £

​Bu gecə Avropa Liqasının qalibi müəyyənləşəcək

​Bu gecə Avropa Liqasının qalibi müəyyənləşəcək
29.05.2020 08:44
Bu gecə futbol üzrə Avropa Liqasında final görüşü keçiriləcək. 

"Report"un məlumatına görə, Polşanın paytaxtı Varşavada baş tutacaq həlledici qarşılaşmada İspaniyanın "Sevilya" və Ukraynanın "Dnepr" klubları üz-üzə gələcək.

İspaniya təmsilçisi bu görüşdən qalib ayrılacağı təqdirdə, yeni rekorda imza atmış olacaq. 3 dəfə Avroliqanın qalibi olmuş "Sevilya" gecəni qələbə ilə başa vurarsa, 4-cü çempionluğunu yaşayacaq. Bununla da əndəlüslülər "Yuventus", "İnter" (hər ikisi İtaliya) və "Liverpul" (İngiltərə) klublarını bu göstəricidə keçəcək.
Cari mövsüm Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer almış "Dnepr" üçün isə birinci dəfədir yüksəldiyi final matçı böyük uğur sayıla bilər. Ukrayna klubu kuboku başı üzərinə qaldıracağı halda bu, Dneprepetrovsk komandasının avrokuboklardakı ilk titulu olacaq.

İngiltərədən olan Martin Atkinsonun idarə edəcəyi matç Varşava Milli Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Avropa Liqası
Final
23:45. "Dnepr" (Ukrayna) – "Sevilya" (İspaniya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
Polşa. Varşava. Milli stadionu

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol