• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Prezident İstiqlal abidəsini ziyarət etdi

Prezident İstiqlal abidəsini ziyarət etdi
27.05.2015 10:22
Azərbaycan Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib.

ANS PRESS-in məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.

1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndən - "Əqdnamə"dən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirib.

XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. 

Xatırladaq ki, Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi qeyd edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol