• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

FİFA-da kütləvi həbslər - Futbolda zəlzələ

FİFA-da kütləvi həbslər - Futbolda zəlzələ
27.05.2015 12:05
Ümumən 10 FİFA məmuru bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım anlaşmaları zamanı korrupsiyaya yol verməkdə ittiham olunur

Bu gün səhər İsveçrədə Beynəlxalq Futbol Federasiyası – FİFA-nın bir sıra rəhbərləri polis tərəfindən saxlanılıb.

APA-nın "The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, FİFA İcraiyyə Komitəsinin iki vitse-prezidenti – Ceffri Uebb və Euhenio Figeredo, eləcə də İK üzvü Cek Uorner Sürix şəhərində qaldıqları oteldə polis tərəfindən nəzarətə götürülüblər. Onlar FİFA-nın illik toplantısında iştirak etmək üçün İsveçrədə imiş. Mayın 29-da keçiriləcək toplantıda indiki prezident Yozef Blatterin növbəti dəfə prezident seçiləcəyi gözlənilir.

Ümumən 10 FİFA məmurunun həbsinə sanksiya verilib. Lakin onların bəziləri İsveçrədə deyil. Bu şəxslər bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım anlaşmaları zamanı korrupsiyaya yol verməkdə ittiham edilir. İttihamlar arasında reket, çirkli pulların yuyulması, dələduzluq da var.

Xatırladaq ki, FİFA rəhbərliyinin 2018-ci və 2020-ci il il dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Katara verərkən külli miqdarda rüşvət aldığı haqda Avropa mediasında dəfələrlə müxtəlif iddialar səsləndirilib.

Saxlanılanların ABŞ-a ekstradisiya olunacaqları bildirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Patriotizm, yoxsa məsuliyyətsizlik: yenə futbol haqda
10:40
Patriotizm, yoxsa məsuliyyətsizlik: yenə futbol haqda
Səmayə Məmmədova:
10:21
Səmayə Məmmədova: "Gənclər üçün TV kanalın yaradılmasına tələbat olmalıdır" - ANN.TV
Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR
07:08
Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR
Ardadan Azərbaycana təşəkkür - FOTO
07:02
Ardadan Azərbaycana təşəkkür - FOTO
İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!” – MÜSAHİBƏ
19:48
İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!”MÜSAHİBƏ
Məşhur futbolçu:
10:35
Məşhur futbolçu: "Azərbaycanlı həkimlər həyatımı xilas etdi"
Kərim Benzema həbs edildi
13:48
Kərim Benzema həbs edildi
Access Bank-dan jurnalistlər üçün daha bir kampaniya - FOTO
14:00
Access Bank-dan jurnalistlər üçün daha bir kampaniya - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol