Obama "Twitter"dən sualları cavablandırıb
ABŞ prezidenti Barak Obama ilk dəfə şəxsi profilindən əhali ilə canlı ünsiyyət qurub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, prezident Obama 30 dəqiqə ərzində ona ünvanlanan suallara şəxsən münasibət bildirib.
Floridanın Mayami şəhərində Beynəlxalq Qasırğa Mərkəzinin (NHC) təşkil etdiyi tədbirə qatılan ABŞ prezidenti Barak Obama iqlim dəyişikliyi ilə bağlı sualları cavablandırmağa hazır olduğunu demişdi. Bundan sonra Ağ Ev Obamanın "Potus" adlı "Twitter" hesabından yerli vaxtla saat 13.00-dan başlayaraq bütün suallara cavab verəcəyini elan etdi.
Sualların verilməsindən öncə Obama "Twitter" üzərindən veriləcək suallara hazır olduğunu sərgiləyib. O, sualları köməkçilərinin, yaxud digər səlahiyyətlilərin deyil, şəxsən özü cavab verəcəyini qeyd edib.
Prezident 30 dəqiqə ərzində müxtəlif suallara fikrini yazıb. Daha sonra bu twiti atıb: "Suallarınız üçün təşəkkürümü bildirirəm. Çox əyləncəli idi. İndi isə getməliyəm, amma bunu ən qısa zamanda yenidən təkrarlamalıyıq".
Obamaya yönələn suallar zamanı AskPOTUS etiketindən istifadə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər