• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azad Rəhimov: “Bakı qonaqları qəbul etməyə hazırdır”

Azad Rəhimov: “Bakı qonaqları qəbul etməyə hazırdır”
29.05.2015 16:30
"Azərbaycan tarixinin ən möhtəşəm tədbirinin açılış mərasiminə cəmi iki həftə vaxt qalıb. İki ildən bir qədər çox müddətdə bütün ölkə bu idman yarışını həyata keçirməyə hazırlaşır. Demək olar ki, Avropa Oyunlarına tam hazırıq. Artıq yoxlama tədbirləri də keçirilib”.

Apasport.az saytının məlumatına görə, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı-direktoru Azad Rəhimov deyib.
 
Gənclər və idman naziri bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüş zamanı paytaxtımızın yarışa hazır olmasından danışıb: "Bakının siması dəyişib. Bu gözəl şəhər qonaqları qəbul etməyə hazırdır. Yeni yollar çəkilib, parklar salınıb. Çox istəyirik ki, bura gələcək qonaqlar paytaxtımızı sevsinlər və tez-tez bizə qonaq gəlsinlər”.
 
Azad Rəhimov Azərbaycan yığmasının Bakı-2015-də uğurlu çıxış edəcəyinə inandığını bildirib: "Azərbaycan 2012-ci ildə London Olimpiya Oyunlarında iştirak edəndə, ora lisenziya qazanan idmançıların sayı 53 idi. 50 nəfərdən çox olan heyət böyük komanda statusunu daşıyır. İdmançılarımız açılış mərasimində böyük komanda şəklində bayraqla keçəndə çox sevinirdik. Bakı-2015 Birinci Avropa Oyunlarındakı idmançılarımızın sayı isə 291 nəfərdi. Görün idmançılar üçün necə imkan yaranıb. Belə bir yarışda çıxış etmək idmançılara geniş imkanlar açır. İnanırıq ki, siz bu yarışda böyük nailiyyətlər əldə edəcəksiniz. Bu səbəbdən də Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi hər bir sahədə sizə kömək etməyə hazırdır. Bu günə qədər də sizin şəraitinizin yüksək səviyyədə olması, yaxşı təlim-məşq toplanışları keçməyiniz üçün çalışmışıq. Səbirsizliklə 291 nəfərlik komandamızın yeni tikilən Olimpiya stadionundakı yürüşünü gözləyirik. Bu tədbiri həyata keçirmək üçün Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəstək verib, diqqət yetirib. Biz onun yüksək etimadını doğrultmalıyıq. Göstərməliyik ki, həqiqətən də, Azərbaycan idman ölkəsidir və onun idmançıları yüksək nailiyyətlər əldə etmək iqtidarındadır. Ən böyük arzum odu ki, iyunun 29-da yenidən burda toplaşaq, medal qazanan idmançılarımızı böyük şərəflə qarşılayaq və onları təbrik edək”.
 
Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol