• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Türkiyəni qarışdıran şok görüntülər

Türkiyəni qarışdıran şok görüntülər
31.05.2015 15:00
Türkiyənin müxalifət yönümlü 'Cümhuriyyət' qəzeti hökumətə məxsus yük avtomobillərinin Suriyada üsyançılara silah-sursat daşımasını əks etdirən videogörüntülərini yayımlayıb. Kadrların 2014-cü ilin yanvar ayında çəkildiyi iddia edilir.

ANS TV –nin verdiyi məlumata görə, Türkiyə polisi yük avtomobillərində aparılan axtarışlar zamanı çoxlu sayda artilleriya və minaatan mərmiləri, avtomat silah güllələri aşkarlayıb. Yük avtomobilləri kəşfiyyat polisi tərəfindən idarə olunub. Silahlar isə Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılara çatdırılmalı imiş.

Qeyd edək ki, 2014-cü ilin mayında axtarış əməliyyatının bütün iştirakçıları - 40-a yaxın polis əməkdaşı və prokurorlar həbs olunmuş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatları ölkəyə xəyanət və casusluq adlandırmışdı. Ankara əməliyyatların hökumətə qarşı çıxan Fətullah Gülənin tərəfdarları tərəfindən icra olunduğunu bildirir.

Türkiyədə ümumi seçkilərə bir həftə qaldığı bir vaxtda belə bir görüntünün ortaya çıxması rəsmi Ankaraya qarşı fakt hesab olunur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dubay göydələni hələ də tüstülənir - VİDEO
Dünya 08:56
Dubay göydələni hələ də tüstülənir - VİDEO
Metroda rəqs edən cütlük internetdə fenomen oldu - VİDEO
Dünya 08:20
Metroda rəqs edən cütlük internetdə fenomen oldu - VİDEO
Kərgədan şəhərə hücum etdi, adam öldürdü - VİDEO
Dünya 06:50
Kərgədan şəhərə hücum etdi, adam öldürdü - VİDEO
Olland hamının içində Davudoğlunu pərt elədi - VİDEO
Dünya 06:49
Olland hamının içində Davudoğlunu pərt elədi - VİDEO
Lenini diriltmək istədilər - VİDEO
Dünya 06:46
Lenini diriltmək istədilər - VİDEO
Dünya müharibəyə hazırlaşır - VİDEO
Dünya 06:46
Dünya müharibəyə hazırlaşır - VİDEO
İŞİD yaponu belə edam etdi (VİDEO, FOTO 18+)
Dünya 06:45
İŞİD yaponu belə edam etdi (VİDEO, FOTO 18+)
Erməni əsgərin “şousu”
Dünya 06:45
Erməni əsgərin “şousu”
Qəzəblənmiş aslan öz təlimçisini parçaladı
Dünya 06:45
Qəzəblənmiş aslan öz təlimçisini parçaladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol