• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Gənc yazarın diskinin təqdimatı keçirildi - FOTOLAR

Gənc yazarın diskinin təqdimatı keçirildi - FOTOLAR
01.06.2015 13:01
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər davam etdirilir. 

Bu tədbilər silsiləsindən ixtisasca ingilis dili müəllimi, Bakı Slavyan Unversitetinin Yaradıcılıq fakultəsinin dinləyicisi, bədii qiraətçi, gənc yazar, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü Ülkər Dənizin (Piriyeva) vətənpərvərlik mövzusunda və müxtəlif mövzularda səsləndirdiyi şeirlər toplusundan ibarət "Zamana Baxış” adlı albom diskin təqdimatı keçirilib. 

Tədbiri tanınmış şair-publisist Əkbər Qoşalı apardı və mayın 19-da Binəqədi rayonunda baş verən hadisəylə əlaqədar orada vəfat edənlər və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbir ilk olaraq Ülkər Dənizin səsləndirdiyi Ramiz Qusarçaylının Azərbaycan Bayrağı şeiri ilə başlayıb. Diskdə "Xocalı-Oyan qeyrətim oyan” , "Müəllim”, "Qocaldı Anam”, "İnsan Sevgisi”, "Döndü”, "Ata”, "Allahım”, " Fİkir Qayıqları” və başqa şeirlər yer alıb.

Respublikanin əməkdar artisti, bədii qiraət Ağalar Bayramov bildirdi ki, bu sahədə istedadsız adamlara yer yoxdur:  "Onlar barmaqla sayılacaq qədərdir. Rəhmətlik Kazım Ziya, Murtuz Gəncavi, Həsən Əbluc, Mikayıl Mirzə, hazırda yaşayanlardan Əminə Yusifqızı, Nadir Hüseynov, Bəndər Savalan. İndi yeni nəsl yetişir. İnanıram ki, istedadlı bir gənc olaraq özünü təsdiq edəcəksən”.

Tədbirdə Aşıq Şəmkir məclisinin rəhbəri Həbib Misirov, Qarabağ hadisələrinin dünyaya tanıtdırılması üzrə ABŞ fondunun icraçı direktoru Dayana Altman, ehtiyatda olan palkovnik-leytenant Habil Şirinov, BDU-nun müəllimi, Milli Elmlər Akademiyasının dissertantı, şairə-publisist Əlili İradə, Azərbaycanın Milli Qəhrəmanı adından rəsmi şəkildə imtina edən Arif Məhərrəmov, eləcə də başqa tanınmış yazarlar çıxış edərək Ülkər Dənizi istedadlı qiraət ustası və gənc yazar olaraq ilk diski münasibəti ilə təbrik etdilər.

Daha sonra, Ülkər Dənizin Xocalı faciəsi ilə əlaqədar yazdığı və Ulu öndərin 92 –ci il dönümünə həsr edilən Universitetlər arası festivalda 1-ci yerə layiq görüldüyü şeiri səsləndirildi.







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol