• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Bu il Azərbaycanda hərbi parad keçirilməyəcək

Bu il Azərbaycanda hərbi parad keçirilməyəcək
01.06.2015 17:34
Bu il Azərbaycanda Silahlı Qüvvələrin hərbi paradı keçirilməyəcək. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib. 

Mətbuat xidmətinin rəisi bildirib ki, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə hərbi paradın keçirilməsi nəzərdə tutulmayıb. 

Həmin gün ordunun irimiqyaslı təlimlərinin keçirilib-keçirilməyəcəyinə gəlincə, V.Dərgahlı qeyd edib ki, hələlik bununla bağlı qərar yoxdur: "Əgər təlimlər olsa, bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək". 

Xatırladaq ki, Azərbaycanda sonuncu hərbi parad 2013-cü ildə keçirilib. Silahlı Qüvvələrin 95 illiyinə həsr olunan parad zamanı ilk dəfə təqdim olunan Mİ-17 vertolyot qrupları Hərbi Hava Qüvvələrinin nümayişinə havadan dəstək verib. Mİ-24 vertolyot qrupları da bucaq-uçuş tapşırığını yerinə yetirərək parada qoşulublar. Sonra Mİ-17 və KA-32 vertolyot qrupları Hərbi Hava Qüvvələrinin nümayişini romb düzülüşlü uçuş tapşırığı ilə davam etdiriblər. 

Paradda yeni istehsal olunan və ilk dəfə təqdim edilən Mİ-35M döyüş-hücum vertolyotları, MİQ-29 və SU-25 döyüş təyyarələri Bakı səmasında nümunəvi uçuş həyata keçiriblər. Bu paradda bütün qoşun növlərinin, birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərədək şəxsi heyəti, 300-ə yaxın hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarə və vertolyotu, 40-a qədər gəmi iştirak edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol