• $
  • £

Azərbaycanda nə qədər uşaq sosial müavinət alır?

Azərbaycanda nə qədər uşaq sosial müavinət alır?
02.06.2015 09:55
Azərbaycanda 140 minə yaxın uşaq sosial müavinət alır.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bildirib.

Nazirlik bildirir ki, hazırda Azərbaycanda nazirlik tərəfindən 10 kateqoriyadan olan uşaqlar aylıq və birdəfəlik sosial müavinətlə təmin olunurlar:

"Belə ki, ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, ailə başçısını itirmiş ailələrdəki uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinət təyin olunur. Aylıq sosial müavinət ödənilənlər sırasına müddətli hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlar da daxildir”.

"Həmçinin uşağın doğulmasına görə ailələrə birdəfəlik müavinət verilir ki, bu müavinət növü cari ilin birinci rübündə 26 min nəfərə yaxın uşağı əhatə edib. Bunlar və ünvanlı dövlət sosial yardımı alan ailələrdəki 18 yaşadək şəxslər (235 min nəfərə yaxın) nəzərə alınmaqla, ümumilikdə 400 mindən çox uşaq ƏƏSMN tərəfindən birbaşa sosial təminat növləri ilə əhatə olunub.

Beləliklə, ölkədə sosial müavinət və ünvanlı sosial yardımla təmin olunanların təqribən 45 %-dən çoxunu uşaqlar təşkil edir. Bundan başqa, ƏƏSMN-nin sosial sifarişləri əsasında hazırda 1500-dək uşaq sosial xidmətlərlə təmin edilir”-deyə, nazirlik qeyd edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol