• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

CİNEMA CLUB: "Kırmızı" filminin təqdimatı oldu

CİNEMA CLUB:
02.06.2015 11:55
"Mən məhəbbəti, yoxsa məhəbbət məni öldürəcək? Müəmma!” - "28 Cinema”da qala-gecəsi keçirilən türk filminin qəhrəmanlarından biri deyir bu sözləri.

Türkiyənin tanınmış sənətkarlarından Yüncel Müştekin rejissorluğu əsasında çəkilmiş "Kırmızı” adlı filmdə baş rolları Leyla Göksün, Selim Bayraktar və Cemal Hünal ifa edir. 

Filmdə bir il ərzində bir yerdə yaşayan cütlükdən bəhs edilir. Bu cütlük bir gün  evlərinin ortasında qırmızı davulla rastlaşırlar. Davulun içini açarkən isə dəhşətli mənzərə ilə qarşılaşırlar. Ekran əsərinin maraqlı anları isə bundan sonra başlanır.
ANN.TV-nin çəkiliş qrupu həm filmin qala-gecəsindən reportaj hazırlayıb, həm də filmin təqdimatından sonra ona baxan tamaşaçıların rəyini öyrənib. Hazırlanmış video-süjeti oxuculara təqdim edirik.

Hazırladı: Aynur Məmmədova



 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
CİNEMA CLUB:
11:55
CİNEMA CLUB: "Kırmızı" filminin təqdimatı oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol