• $
  • £

Şıx və Sahildə çimmək qadağan olundu

Şıx və Sahildə çimmək qadağan olundu
03.06.2015 11:55
Səhiyyə Nazirliyi Azərbaycanda çimərlik mövsümü ilə əlaqədar keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2015-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.

Laboratoriya müayinələri zamanı, müəyyən edilib ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. 

Şıx çimərliyinin sanitariya mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci yaşayış sahəsi ərazilərindən və digər tərəfdən, Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə Sahil təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri aparılmadığından təmizlənməmiş çirkab suların axıdılması dəniz suyunun bakterioloji çirklənməsinə səbəb olub.

Qeyd olunan nöqsanlar aparılmış laboratoriya müayinə nəticələri ilə də təsdiq edilib, Səbail rayonunun Şıx və Qaradağ rayonu Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub.
 
2015-ci il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, "Sanitariya-Epidemioloji Salamatlıq haqqında” qanunun 34-cü maddəsinə əsasən, Şıx çimərliyinin, Qaradağ rayonu Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilmiş 07.06.2010-cu il tarixli, 83N-li qərar qüvvədə saxlanılıb.

Eyni zamanda, Səhiyyə Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Baş Polis İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və rayon GEM-lərinə rəsmi məktubla qərar göndərilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol