İnterpol daha altı FİFA rəsmisinin həbsinə "qırmızı order" verdi
İnterpol ABŞ-ın tələbi əsasında FİFA-nın korrupsiyada ittiham olunan sabiq məmurlarının həbsi üçün "qırmızı order” verib.
Avropa.info xəbər verir ki, keçən həftə Sürixdə korrupsiya qalmaqalı üzrə FİFa-nın vitse-prezidenti Cefri Uebb, Euxenio Fiqeredo, Eduardo Li, Hulio Roka, Kostas Takkas, Rafael Eskivel, Xose Mariya Marin həbs edilmişdi.
Bu məmurlardan sonra daha bir neçə FİFA rəsmisinin həbsinə order verilib. Onların arasında Şimali və Mərkəzi Amerika və Karib ölkələri Konfederasiyasının sabiq prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının sabiq prezidenti Nikolya Leos var.
Bunlardan başqa FİFA ilə əlaqəli olan firmaların dörd nümayəndəsi var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər