• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

MƏN: Xan əmi: "Kitab oxuyan azdırsa, günah təhsilimizdədir" - ANN.TV

MƏN: Xan əmi:
29.05.2020 09:58
Bu şəxsi nəinki Sumqayıtda, hətta Bakıda, digər ətraf rayonlarda da yaxşı tanıyırlar. Adı Xanoğlan müəllim olsa da, hamı onu "Xan əmi" deyə çağırır.

"MƏN" rubrikasının qonağı Sumqayıtda kitab satışı ilə məşğul olan Xanoğlan Quliyevdir. O, bu işi ticarət hesab etmir, vətəninə, millərinə xidmət sayır. Öz peşəsini sevən, kitab dükanına gələn hər kəsə yardımçı olmağı bacaran bu şəxs uzun müddət Moskvada, Odessada kitab ticarəti ilə bağlı praktika keçib. Artıq 25 ildir sevə-sevə öz işiylə məşğul olan Xan əmi zəhmətinin bəhrəsini də görüb və artıq Sumqayıtda iki kitab dükanı var. Bundan əlavə Xan əmi Bakıda - metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında da kitab dükanı kirayələyib.

Bütün bunlarla yanaşı kitab istehsalı, kitab satışı ilə bağlı problemlərin çoxluğu onu da narahat edir. Öz oxucularını öz balaları hesab edən Xan əmi dükanlarının özəlliklərindən danışıb. 

ANN.TV-nin çəkiliş qrupunun Xan əminin həyat və iş tarixçəsinə həsr etdiyi video-süjeti oxuculara təqdim edirik.
 
Hazırladılar: Fəridə Alıyeva

 
 
 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
MƏN: Xan əmi:
09:58
MƏN: Xan əmi: "Kitab oxuyan azdırsa, günah təhsilimizdədir" - ANN.TV
MƏN: Möcüzə yaradan azərbaycanlı qız - ANN.TV
10:47
MƏN: Möcüzə yaradan azərbaycanlı qız - ANN.TV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol