• $
  • £

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
03.06.2015 20:37
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. 

Oxu.Az xəbər verir ki, dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilir:

"3.3-2. həmin Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır”.

Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə də fərman imzalayıb.

Dəyişikliyə əsasən Əsasnaməyə aşağıdakı məzmunda 3.1.25-1-ci yarımbənd əlavə edilir:

"3.1.25-1. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına (sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə) nəzarət etmək”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol