• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Rusiya kanalları Avropa Oyunlarını yayımlayacaq

Rusiya kanalları Avropa Oyunlarını yayımlayacaq
04.06.2015 12:38
"Həqiqətən də Rusiya televiziya kanalları tərəfindən Azərbaycanda keçiriləcək Avropa oyunlarına böyük maraq var. Avropa oyunları çərçivəsində keçiriləcək bütün idman yarışlarının yayımı planlaşdırılır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Rusiya Olimpiya Komitəsinin prezidenti Alexander Zhukov bildirib. Onun sözlərinə görə, I Avropa Oyunlarını VQTRK (Ümumrusiya Dövlət Teleradio Kompaniyası) iki kabel kanalı olan Sport-1 və Sport - 2 kanalları ilə yayımlayacaq: "Bundan başqa bütün yarışları "Rossiya 2" kanalı nümayiş etdirəcək".

İyunun 3-də Rusiya prezidenti Vladimir Putin ölkəsinin televiziya kanallarını Bakıda keçiriləcək ilk Avropa Oyunlarına kifayət qədər diqqət yetirmədiklərinə görə tənqid edib. Bundan sonra bir sıra kanallar yarışla bağlı yayım siyasətində dəyişiklik ediblər.

Alexander Zhukov Rusiya idmançılarının I Avropa oyunlarına ciddi hazırlaşdığını qeyd edib: "Bütün federasiyalar Avropa Oyunlarına idmançı seçiminə çox ciddi yanaşıblar. Bakıya bütün idman növləri üzrə ən güclü idmançıları aparırıq. Ümid edirik ki, Rusiya yığma komandası ümumi hesabda da birinci yeri qazanacaq".

Rusiya Olimpiya Komitəsinin prezidenti Bakı-2015-in təşkilat komitəsinin Avropa oyunlarına yüksək səviyyədə hazırlaşdığını bildirib: "Mən son vaxtlar Bakıda iki dəfə olmuşam. Avropa oyunlarının keçiriləcəyi idman obyektlərinə diqqətlə baxmışam. Bütün infrastruktura, yarışların keçiriləcəyi obyektlər, bir sözlə, hər şey yüksək səviyyədədir. Möhtəşəm idman şəhərciyi tikilib. Bakı bütövlükdə özü möhtəşəm şəhərdir. Ona görə də, hesab edirəm ki, Bakı ilk Avropa oyunlarını ən yüksək səviyyədə keçirəcək". /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol