• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev Respublika Stadionunda yaradılan şəraitlə tanış olub

İlham Əliyev Respublika Stadionunda yaradılan şəraitlə tanış olub
04.06.2015 13:42
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olublar.

 "Report”un xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev və ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva stadionun sxemi ilə tanış olublar. Oyunlar zamanı idmançılar, media işçiləri və avropalı qonaqlar üçün ayrıca istirahət otaqları, müsahibələr üçün xüsusi zona ayrılıb. Məşq meydanında idmançılar üçün 22 hədəf təyin olunub. Bir hədəf maksimum üç idmançı üçün nəzərdə tutulub. Yarış meydanı üçün isə iki hədəf təyin edilib. Hədəflə idmançı arasında məsafə 70 metrdir. Hədəfin diametri 122 santimetr təşkil edir. Kamandan oxatma yarışı Olimpiya Oyunları arasında fiziki məhdudiyyətli şəxslər də daxil olmaqla hər kəsə eyni imkanlar verən yeganə oyundur. Yarışlara gələn tamaşaçılar üçün burada xüsusi tibb məntəqəsi də fəaliyyət göstərəcək. Burada çalışanlar üçün rahat iş mühiti yaratmaq məqsədilə xüsusi fasilə və istirahət otaqları ayrılıb.

Avropanın məşhur ox atan idmançıları 7 yarış günü müddətində Tofiq Bəhramov adına Respublika Stadionunda qalibiyyət uğrunda mübarizə aparacaqlar. Avropa Oyunlarında yarışlar fərdi və qrup halında, eyni zamanda, qarışıq qrup şəklində Olimpiya Oyunları formatında keçiriləcək. Ümumilikdə 5 medal dəsti təqdim olunacaq. Kamandan oxatma yarışları, həmçinin 2016-cı il Rio Yay Olimpiya seçmə yarışları üçün yüksək xallar uğrunda mübarizəyə imkan yaradacaq.

Qeyd edək ki, "Bakı-2015” ilk Avropa Oyunları zamanı bu stadionda keçiriləcək kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 64-ü kişi olmaqla, 128 idmançı iştirak edəcək. Atletlər iyunun 16-dan 22-dək medallar uğrunda mübarizə aparacaqlar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
09:31
"Qarabağ" klubu Hollandiya mətbuatında
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
09:15
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
“Bakı 2015” biletini necə əldə etmək olar?
06:59
“Bakı 2015” biletini necə əldə etmək olar?
Həftənin ən gözəl qolları - VİDEO
06:46
Həftənin ən gözəl qolları - VİDEO
“Qarabağ” uduzdu
06:45
“Qarabağ” uduzdu
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
06:43
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
Nurlan Novruzov:
06:42
Nurlan Novruzov: "Bizə hambal kimi niyə baxırlar?"
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
06:41
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
Riçard Almeydanın mükəmməl qolu - Video
06:40
Riçard Almeydanın mükəmməl qolu - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol