• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Təhsil naziri internatları ləğv edir

Təhsil naziri internatları ləğv edir
04.06.2015 15:20
"De-institutlaşdırma proqramında internat məktəblərinin ləğv olunması prosesi mexaniki deyil, məqsədyönlü formada həyata keçirilir”.  

Modern.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov deyib.  O qeyd edib ki, məqsəd mövcud olan internat təhsil müəssisələrində vəziyyəti ildən-ilə təkmilləşdirməkdir. Eyni zamanda, orada təhsil alan uşaqların tədricən bioloji ailələrinə qaytarılması, yaxud yeni tipli münasibət formasına keçirilməsi üçün işlər görülür:

  "Bununla da onların ümumtəhsil məktəblərinə qatılması və inklüziv təhsillə əhatə edilməsi prosesləri həyata keçirilir. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil prosesinə cəlb edilməsi əlavə resurslar tələb edir.  Ona görə bu prosesin sürəti bu və ya digər faktorlardan da asılıdır”.
Nazir qeyd edib ki, internatların ümumtəhsil müəssisələrinə və peşə təhsil məktəblərinə çevrilməsi ilə internat məktəblərinin sayının azaldılması, eləcə də orada qayğı ilə əhatə olunan uşaqlara təqdim edilən həm keyfiyyət, həm də əhatəsinə görə səviyyənin yüksəldilməsi nəzərdə tutulur.  

Mikayıl Cabbarov  bu sahədə son illərdə müsbət dəyişikliklər baş verdiyini vurğulayıb: "Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə diqqəti və qayğısı göz qabağındadır. Aidiyyəti dövlət orqanları, o cümlədən Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən xüsusi tipli təhsil, tərbiyə müəssisələri üçün qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq əsas hədəflərdəndir".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol